SOCAR şirkəti (ARDNŞ) 2018-ci ilin üçüncü rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının akvatoriyasında qiymətləndirmə quyusunun qazılmasına başlayacaq. Bu barədə layihə rəhbəri Nüsrət Əliyev məlumat verib.
“Cari ayın sonuna kimi layihə çərçivəsində baza layihələndirilmə işləri başa çatacaq, bundan sonra detallı injinirinq işlərinə başlanacaq. Bu işlərin 2018-ci ilin sonunda bitməsi planlaşdırılır. 2018-ci ilin III rübündə “Qarabağ” yatağında KPS-4 qiymətləndirmə quyusunun qazma işlərinə başlanacaq”, - N.Əliyev cümə günü Bakıda Ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) üzrəictimai dinləmələrdəbildirib.
Şirkətin məlumatına görə, qazma işləri “Dədə Qorqud”yarımdalmaqazma qurğusu vasitəsilə həyata keçiriləcək. Quyunun layihə dərinliyi 3500 metr təşkil edir.
“KPS-4 quyusunda qazma işlərinin yekunlarından asılı olaraq, “Qarabağ” yatağının işlənməsi üçün daha optimal variant seçiləcək”, - N.Əliyev qeyd edib.
O məlumat verib ki, bu quyunun qazılması 2017-ci ilin dekabr ayında SOCAR və Norveçin “Statoil” şirkətləri arasında “Qarabağ” yatağının işlənməsi ilə bağlı risk xidmətləri üzrə perspektivli əməkdaşlığın əsas prinsiplərinə dair saziş” imzalanıb.
Şirkətdən qeyd ediblər ki, 1999-cu ildə “Qarabağ” yatağının ehtiyatları üzrə kəşfiyyat qazma işləri zamanı əldə olunan məlumatlar və 2017-ci ildə SOCAR-ın həyata keçirdiyi ehtiyatların təkrar qiymətləndirilməsi nəticələri üst-üstə düşür. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət