Vergilər Nazirliyi vergi ödəyicilərindən vergi qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri martın 31-dək qəbul edəcək. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
"Hazırda qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də ictimaiyyət nümayəndələrinin fikir və təklifləri öyrənilir. Vergi ödəyiciləri vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini martın 31-dək nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər", - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, Vergilər Nazirliyi ölkədə vergi sisteminin inkişafı çərçivəsində struktur və kadr islahatlarını davam etdirəcək.
S.Ələkbərov vurğulayıb ki, nazirlik artıq 3 aydır ki, yoxlamaları dayandırıb.
"Hazırda biz daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində işləyirik. Məqsədimiz vergi yoxlamalarının keyfiyyətinin artırılması, bu istiqamətdə yeni yanaşmaların tətbiq edilməsidir. Biz yoxlamaların sayını daha da azaldacağıq. Riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması məqsədilə müvafiq yoxlamalar aparılacaq", - deyə o qeyd edib.
S.Ələkbərov əlavə edib ki, nazirlik vergi ödəyiciləri tərəfindən vergilərin könüllü ödənilməsi səviyyəsinin yüksəldilməsini qarşıya hədəf qoyub. "Vergilər Nazirliyi biznes-strukturlarla qarşılıqlı etimada əsaslanan əməkdaşlığın qurulmasında maraqlıdır və sahibkarlardan da eyni addımı gözləyir", - deyə nazir müavini vurğulayıb.*
A.Əzizov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət