Fuad Axundov, Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri
Martın 12-də Avstriyada “anşlyus”un gəmgin 80-ci yubileyi, yəni Hitler Almaniyası tərəfindən qansız “udulması” qeyd olunub. 12 mart tarixi Avstriyada rəsmi olaraq Anım Günü qeyd edilir. Real tarix ilə əlaqədar Vyananın Hofburq sarayında mərasim keçirilib, Avstriya prezidenti Aleksandr Van der Bellen isə gəncləri “neofaşist və ultrasağ ideologiyaları”na qapılmamağa çağırıb. “Bir gecə kifayət edib ki, Almaniya Vermaxtı Avstriyanı işğal etsin. Ancaq demokratiyaya nifrət, insanların əsas hüquq və azadlıqlarına laqeydlik, militarizm, dözümsüzlük və təcavüz - bütün bunlar cəmiyyətdə bir anda deyil, işğaldan çox öncə meydana gəlib. Avstriya da millətçi-sosializmin vəhşiliklərinə görə məsuliyyət daşıyır. Avstriyalılar yalnız qurban deyil, həm də rəhbər vəzifələrdə çalışan cinayətkarlar olublar”, - Van der Bellen bəyan edib.
Alman dilindən “anşlyus” sözü “yenidən birləşdirilmə” kimi tərcümə edilir. Eynilə, lakin artıq erməni dilindən “miatsum” sözü tərcümə olunur. Necə ki, “anşlyus”dan yarım əsr sonra, 1988-ci ildə erməni faşistləri Azərbaycanın Qarabağ bölgəsinə öz iddialarını ortaya qoyublar.
1938 və 1988-ci illərdə baş verən hadisələr arasında paralellər az deyil. Bəli, zahirən “anşlyus” qansız olub və avstriyalıların əksəriyyəti ölkələrinin Almaniya tərəfindən ilhaqını alqışlayıb, dünyada artıq tezliklə baş verəcək hadisələri təsəvvür belə etməyiblər. Habelə Qarabağda çoxları mitinqlərdə “mi-a-tsum!” çığırırdılar, bunun sonradan nəyə bais olacağını və xüsusilə öz xalqını müharibəyə təhrik etdiklərini o qədər də anlamırdılar. Lakin, vacib olan odur ki, o zaman, 1938-ci ildə dünya birliyi Hitlerin Avstriyanı “udmasına” lazımi reaksiya vermədi. Əslən avstriyalı və Almaniyanın reyxskansleri olan Adolf Hitleri coşqu ilə alqışlayan izdihamın arxasında qəbul edilən sərhədləri dağıtmaq hazırlığını görmədilər. Xüsusilə də Hitlertin ərazi həvəsini anlamadılar. Bu gün bir çox tədqiqatçılar hesab edirlər ki, əgər o zaman, 1938-ci ildə dünya Avstriyanın “anşlyus”una lazımi səviyədə reaksiya versəydi və Münhen sözləşməsinə imkan verməsəydi, İkinci Dünya müharibəsindən xilas olmaq mümkün olardı.
Şübhə yoxur ki, əgər 1988-ci ildə erməni millətçilərinin hərəkətləri lazımi qiymət alsaydı, lazımsız mülayimlik göstərilməsəydi, nəhayət, artıq SSRİ-nin süqutundan sonra dünya sərhədlərin güc ilə yenidən müəyyən edilməyəcəyinə dair aydın şəkildə siqnal daxil olsaydı, əminəm ki, hazırki ən kəskin siyasi böhranların qarşısını almaq mümkün olardı.
Avstriya prezidentinin neofaşist ideyaları ilə maraqlanmaq təhlükəsinə dair digər xəbərdarlığı xüsusilə aktualdır.
İndi bu cür ideyalarla maraqlanmağın özündə hansı təhlükənin daşımasını kiməsə xatırlatmağa dəyməz, ilk öncə həmin ideyaları özləri üçün rəhbər tutan ölkə üçün. Buna görə bu gün bəzi yerlərdə nasist ideyalarının dövlət siyasəti dərəcəsinə çatdırlmasını anlamaq qeyri-adidir. Qonşu Ermənistanda məhz bu baş verir - burada nəinki “anşlyus-miatsum” qınanmır, hətta Vermaxtın erməni legionunun komandirinin müavini və “tseqaxronizm” irqçi nəzəriyyəsinin müəllifi, Hitlerin əlaltısı Qaregin Njde “millətin atası” və “vətənpərvərlik rəmzi” səviyyəsinə qaldırılıb.
Hitlerin cəlladı qanlı “karyera”sına Zəngəzurda azərbaycanlıların etnik təmizləməsi ilə başlayıb, sonra isə özünün zəngin təcrübəsini dinc əhali, uşaqlara, qocalara, qadınlara, “yanlış” millətə mənsub olmaqda “günahkarlar”a divan tutmaqla Hitler Almanıyasına xidmətdə tətbiq edib. Fərq sadəcə o olub ki, Zəngəzurda insanları azərbaycanlı doğulduqlarına görə qətlə yetiriblər, Krımda isə - yəhudi və ya karaim olduqlarına görə. Bu gün İrəvanın mərkəzində Hitlerin həmin cəlladının təmtəraqlı abidəsi ucaldılıb, onun “tseqaxronizm” ideologiyası isə Ermənistanda rəsmi olaraq dövlət siyasəti səviyyəsinə çatdırılıb.
Doğrudur, Ermənistanda dövlətə yox, məhz vağzal fırıldaqçılarına yaraşan fənddən istifadə etməklə dünya ictimaiyyətini aldatmağa çalışırlar. "Tseqakron" sözü erməni dilindən tərcümədə "irq dini" və ya “irqə sitayiş” deməkdir. Njde özü ABŞ-da yaşayaraq, gənc ermənilərdən ibarət təşkilat yaradıb və açıq şəkildə onu erməni dilində "tsexakron", bütün başqa dillərdə isə "irqçilər" adlandırıb. Əgər söhbət sadəcə irqdən gedirsə (məsələn, antropologiyada), o zaman Ermənistanda "tsexakron" sözü bütün başqa dillərə sakit şəkildə tərcümə olunur. Amma söhbət Njde və onun ideologiyasından düşəndə naməlum mənşəli "tseqaxronizm" meydana çıxır. Njde ideologiyası tərcümə ilə bağlı bu fəndlərə görə xalis irqçilik və faşizmi özündə əks etdirməkdə davam edir.
Amma bu cür ucuz fəndlərlə Ermənistandakı vəziyyətdən bixəbər olan yad sadəlövh subyektləri aldatmaq olar. Orada isə Njdenin faşist ideologiyası özünü hər şeydə büruzə verir. "Qanın təmizliyi" haqqında faşist postulatı Ermənistanda bütöv etnik təmizləmələrlə nəticələnib. Faşist Njde "dilin təmizliyi"ni təbliğ edir, ermənilərə erməni dilindən başqa digər dillərdə ünsiyyət qurmağı qadağan edirdi - və bu gün Ermənistanda erməni dilindən başqa ayrı dildə təhsil almaq qadağandır. Rus sinifləri mövcud olsa da, onların sayı çox azdır və orada yalnız valideynlərindən heç olmasa biri etnik erməni olmayan uşaqlar oxuya bilərlər.
Bu günlərdə uşaq “Eurovision” yarışmasının iştirakçılarının seçimi zamanı tükürpədici hadisə baş verib. "Eurovision" müsabiqəsindəki erməni nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan bəyan edib: "Biz yaşadığı yerdən asılı olmayaraq erməni köklü olan 9-14 yaşlı bütün uşaqları "Eurovision” müsabiqəsində iştirak etməyə dəvət edirik. Biz istedadlı erməni uşaqları gözləyirik". Sonra Anuş adlı şəxs “Seçimdə başqa millətlərin nümayəndələri iştirak edə bilərmi?” sualına belə cavab verib: "Əslində, qanunla xeyr. Ümumiyyətlə, əgər iştirakçı Ermənistandandırsa, o, mütləq erməni olmalıdır". Bu da faşizmin təcəssümü.
Bununla belə, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan belə ideologiyanın təhlükəsini çox gözəl anlayırdı. Onun prezidentliyi dövründə Ermənistanda "tseqaxronizm", "Daşnaksutyun" EİF və s. qadağan edilmişdi. Amma sonra Levon Akopoviç "sürünən çevriliş" nəticəsində devrildi və hakimiyyət müsahibəsində ermənilərin və azərbaycanlıların "genetik uyğunsuzluğu" haqqında faşist Njde kimi düşünən Robert Koçaryan və Tomas de Vaala müsahibəsində dinc Xocalı əhalisinin qətlində iştirak etməsi ilə lovğalanan Serj Sarkisyan kimi faşistlərin əlinə keçdi. "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi sındırmağı bacardıq”. Xatırlatmaq artıqdır: Ermənistanın indiki hakimiyyətinin məsuliyyətsiz və təcavüzkar davranışı bütün regionun təhlükəsizliyinə ciddi təhdiddir. Ancaq hər şeydən əvvəl, bu siyasət Ermənistanın özü üçün təhlükəlidir, bu ölkənin vətəndaşları "irqi üstünlük" ideyaları və qonşu ölkələrin torpaqlarına olan iddialarının Almaniya üçün nə ilə bitdiyini yaxşı olar ki, unutmasınlar. Lakin bu gün Ermənistanı tərk edənlərin sayının çoxluğunu nəzərə alsaq, əminəm ki, ölkə vətəndaşlarının əksəriyyəti hakimiyyətinin həyata keçirdiyi təhlükəli oyunun mahiyyətini anlayırlar.
Bundan başqa, hakim Ermənistan Respublika Partiyasının (ERP) simvolikası da Üçüncü reyxin simvolikası ilə çox oxşardır. ERP-nin loqotipi (qanadlarını gərmiş qartal) faşist Almaniyasının gerbini eynilə təkrarlayır. Partiyanın və ölkənin rəmzi kimi qartaldan istifadə edilməsində qəbahətli heç nə yoxdur. Amma bu halda söhbət ERP və Üçüncü reyxin rəmzlərinin demək olar ki, 100% üst-üstə düşməsindən gedir, belə təsadüflər isə olmur.
Əgər bu gün nə Almaniyada, nə Avstriyada, nə də dünyanın istənilən başqa ölkəsində polad qartalın təsvirlərini tapmaq mümkün deyilsə, Ermənistanda hakimiyyət qartala ikinci həyat verib və o, təkcə emblemdə deyil, həm də 80 il əvvəl Üçüncü reyxdə partiya qurultaylarında olduğu kimi, partiyanın bütün qurultaylarında gözə çarpır. Ermənistanın indiki hakimiyyəti faşizm ideologiyasını yaymaq cəhdində hətta fürerin özünü də geridə qoya bilib. Hitler Üçüncü reyxdə monomilli dövlət yaratmağı, Avropanın Paris, Krakov, Praqa, Varşava kimi ən gözəl şəhərlərini məhv etməyi, etnik identikliyi dəyişdirməyi arzu etsə də, bilirik ki, onda heç nə alınmadı. İnanmaq çətin olsa da, dünya ictimaiyyətinin səhlənkarlığı ilə əlaqədar Ermənistandakı fürerlər bunu etməyi bacardı. Nəticədə bu gün Ermənistan monoetnik dövlətdir, orada bir nəfər də olsun azərbaycanlı qalmayıb, təkcə İrəvanın tarixi mərkəzində deyil, bütün Ermənistanda Azərbaycana məxsus bütün arxitektura dağıdılıb, bütün Azərbaycan toponimləri və hidronimləri erməniləşdirilib.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət