Martın 13-də UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "İnnovasiyalı iqtisadiyyatın inkişafı və perspektivləri" mövzusunda tələbə elmi konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC-in "İqtisadiyyat" fakültəsinin dekanı Asiman Quliyev bildirib ki, tədbir çərçivəsində 70-dək tələbənin elmi-tədqiqat işləri təqdim olunacaq. AccessBank bu işlərin çap olunmasını öz üzərinə götürüb. Fakültə rəhbərinin sözlərinə görə, UNEC təcrübəsində ilk dəfə olaraq tələbələrin elmi-tədqiqat işləri bir biznes strukturunun maliyyə vəsaiti hesabına çap edilir: "AccessBank-ın təşəbbüsünü yüksək qiymətləndirirəm və dəstək üçün təşəkkür edirəm. Bu addım biznesin digər nümayəndələrinə də mesaj olmalıdır. Bu, onu göstərir ki, biznes elmə yönəlib. Ümid edirəm ki, bu cür tədbirlər davamlı olacaq".
Daha sonra çıxış edən UNEC-in prorektoru Səadət Qəndilova tələbələri aktivliyə səsləyib: "Tələbələr elmə maksimum bağlı olmalıdır. Bu halda biz də arxayın ola bilərik ki, estafeti əmin əllərə ötürəcəyik". AccessBank-a dəstək üçün minnətdarlığını bildirən prorektor ikitərəfli əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.
AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentinin direktoru Günay Cəlilova bildirib ki, bank layihəyə böyük məmnuniyyətlə qoşulub: "Hər bir nəsil öz keçmişi haqqında aydın təsəvvürə malik olmalıdır. Bu baxıman UNEC tərəfindən Cümhuriyyət İlinin 100 illiyi və Heydər Əliyevin 95 illiyinə həsr olunmuş bu tədbir çox önəmlidir. Bank olaraq Korporativ Sosial Məsuliyyət siyasətimizə olduqca böyük önəm vermişik. Cəmiyyətə faydalı olmaq bizim əsas prinsiplərimizdəndir. Təhsil sahəsi bu il sosial layihələrimizin əsas prioritetlərindən biri olacaq. Çünki insan kapitalına qoyulan investisiya daha gözəl gələcəyə investisiya etmək deməkdir. Bu layihələr çərçivəsində tələbələrlə görüşlərə xüsusi diqqət yetirəcəyik. Fevral ayında artıq biz UNEC-də ilk görüşümüzü “Açıq dərs” formatında keçirdik və çox uğurlu alındı".
Daha sonra tədbir elmi-tədqiqat işlərinin təqdimatı ilə davam edib. Təqdimatlardan sonra bir neçə bölmədən müvafiq olaraq I, II və III yerləri tutan 25 tələbə mükafatlandırılıb. Onlara UNEC tərəfindən sertifikatlar və AccessBank tərəfindən N. Qreqori Mənkyunun "Ekonomiskin əsasları" kitabı hədiyyə olunub. Bununla yanaşı, AccessBank fiziki məhdudiyyəti olan 6 tələbəyə xüsusi hədiyyələr təqdim edib.
Həmçinin, konfransdakı hər bir tələbəyə iştirak sertifikatı verilib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət