Azərbaycan, Gürcüstan, İran və Türkiyə əməkdaşlığın prioritet istiqamətləri üzrə birgə fəaliyyət planı hazırlayacaqlar. Bu barədə Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının cümə axşamı Bakı görüşünün bəyannaməsinin mətnində qeyd edilib.
“Tərəflər enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramları icra etməklə investisiyalar və ticarətin təşviqi məqsədilə mövcud potensialdan istifadə etmək, eləcə də əməkdaşlığın təşviqini dəstəkləmək ilə bağlı iqtisadi-ticari əməkdaşlığın möhkəmləndirilməsini razılaşıblar, investisiyaların və ticarətin təşviqi üçün mövcud potensialdan istifadə edilməsini zəruri hesab edirlər”, - bəyannamədə bildirilir.
Vurğulanır ki, milli nəqliyyat infrastrukturunun beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiya edilməsi məqsədilə coğrafi cəhətdən beynəlxalq tranzit dəhlizlərində əlverişli mövqe tutmuş dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əhəmiyyətli addımlar atılıb.
Həmçinin sənəddə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Bakı-Tbilisi-Qars dəmir yoluna birləşməklə Rəşt-Astara vasitəsilə İran körfəzindəki Çabahar və Bəndər-Abbas kimi İran limanlarından başlamaqla “Cənub-Qərb” marşrutunda dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyi qeyd olunub.
“O cümlədən, tərəflər mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin, eləcə də dörd ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyətini vurğulayıblar. Həmçinin neft, təbii qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına istəkli olduqlarını ifadə ediblər”, - bəyannamədə vurğulanır.
Tərəflər arasında dörd ölkənin bankçılıq şəbəkələri arasında əlaqələrin təşviqi və beynəlxalq bankçılıq proseduraları, eləcə də çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məlumat və təcrübə mübadiləsi ilə bağlı razılaq əldə edilib. **
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət