İran prezidenti Həsən Ruhani Azərbaycanla iqtisadi potensialın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edir.
"Səhiyyə, əczaçılıq, bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, elektrik enerjisi, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial var”, - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda bildirib.
İran prezidenti hər iki ölkənin iş adamlarına müraciət edərək onları qarşılıqlı layihələrin icrasında fəal olmağa çağırıb.
Prezident İlham Əliyev isə qeyd edib ki, ticarət əlaqələrinin indiki səviyyəsi əlaqələrin səviyyəsini əks etdirmir. “Ona görə də bu biznes forumda iştirak edən iş adamlarına tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq aparmalıyıq. Ticarət dövriyyəsinin artırılması üçün praktiki addımlar atılmalıdır. Ümid edirəm ki, gələcək illərdə bizim qarşılıqlı ixracımız da artacaq”, - deyə o bildirib.
Dövlət başçısı qarşılıqlı sərmayə qoyuluşunun artırılmasının da vacibliyini diqqətə çatdırıb. “Qarşılıqlı sərmayə qoyuluşu üçün əlavə istiqamətlər müəyyən edilməlidir”, - deyə İ.Əliyev əlavə edib.
Prezident vurğulayıb ki, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna sərmayə qoyulmalı, energetika, nəqliyyat sahələrində biznes imkanları genişləndirilməlidir. “Həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır. Dünən müvafiq göstərişlər verilmişdir. Əminəm ki, növbəti görüşə qədər bu məsələ də öz həllini tapacaq. Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz – bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir”, - deyə o qeyd edib.
Prezident İ.Əliyev vurğulayıb ki, tərəflər arasında Xəzər dənizindəki blokların birgə işlənməsi haqqında sənədin imzalanması tarixi hadisədir və yeni imkanlar açır.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət