Avropa Parlamentinin Almaniyadan olan deputatı, müşahidəçilər missiyasının üzvü Udo Foyqt Azərbaycan prezidenti seçkilərində səsvermə prosesində şəffaf qutulardan istifadə olunmasını yaxşı üsul olduğunu qeyd edib.
“Almaniyada şəffaf seçki qutuları yoxdur. Şəffaf qutuların səyyar olomaları da müsbət amildir”, - U.Foyqt bu gün Azərbaycan prezidenti seçkilərinin yekunlarına həsr olunan dəyirmi masada bildirib.
Onun sözlərinə görə, missiya 7 seçki məntəqəsində olub. “Daha çox müxalifət partiyaları təmsil edən çox sayda qadınların müşahidəçilər qismində seçki məntəqlərində olması bizi təəcübləndirdi. Mənə cavab verdilər ki, Azərbaycanda qadınlar fəal siyasi mübarizdirlər. Məlumat verildi ki, 1918-ci ildə Azərbaycanda seçki hüququ tətbiq olunub. Respublikanın yürütdüyü siyasətdə çox sayda qadınlar fəal rol oynayır”, - U.Foyqt vurğulayıb.
O qeyd edib ki, Azərbaycan və Bakı ilə müəyyən əlaqələri var. “1945-1949-cu illərdə atam hərbi əsir olub və Bakı limanı yaxınlığında yaşayıb. Atam 2001-ci ildə vəfat edib, o Azərbaycan xalqının mehribanlığı və almanlara qarşı nifrətin olmaması barədə çox danışıb. Şadam ki, Bakıya səfər edərək bunun şahidi oldum”, - U.Foyqt bəyan edib.
Bolqarıstan parlamentinin deputatı Aleksandr Simov seçkilərdə səsvermə prosesinin şəffaf olduğunu qeyd edib. “Heç bir pozuntu faktı müşahidə etmədim. Proses demokratik və şəffaf keçib. Seçki prosesi texnologiyaları xoşuma gəldi. Seçkilərdə yüksək fəallığı qeyd edə bilərəm. Bolqarıstanda normal fəallıq 40%-dir”, - o vurğulayıb.
Onun rəyinə görə, Aərbaycanda bəzi seçki prosesi texnologiyalarını Bolqarıstanda da tətbiq etmək mümkündür.
“Azərbaycanda seçkiləri müşahidə zamanı mənim təcrübəm - maraqlı və müsbətdir. Yerli və ya beynəlxalq qanunvericilik nöqteyi-nəzərindən səsvermə prosesində hər hansı pozuntular müşahidə etmədim. İnsanlar azad şəkildə səs veriblər, heç nə gizlətməyiblər. Seçkilər açıq və mütəşəkkil surətdə keçirilib. KİV öz missiyasını yaxşı icra edib, onlara heç kəs əngəl törətməyib”, - Cənubi Tirolparlamentinin "Şimal liqası"parlamentqrupunun prezidenti (İtaliya) Luici Nevolla bildirib.
Argentina parlamentinini deputatı və Merkosurun vitse-prezidenti Daniel Ramundo vurğulayıb ki, seçkilər şəffaf keçirilib. “Azərbaycanın nisbətən bu yaxınlarda müstəqillik qazanmasına baxmayaraq, cəmiyyətiniz dərin və zəngin mədəniyyətə malikdir. Azərbaycanda demokratik proses - özünü dünyaya açmaq üçün yaxşı imkandır. Görürəm ki, ölkə bu yolla irəliləyir”, - D.Ramundo bəyan edib. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət