Britaniyanın “Anglo Asian Mining plc” (ААМ) şirkəti 2018-ci ilin I rübündə $19 mln. 861,568 min məbləğində qızıl satıb. Bu barədə şirkətin məlumatında deyilir.
"2018-ci ilin I rübündə şirkət 1 unsiyası 1,328 min dollar olan 14,956 min unsiya qızıl satıb (2017-ci ilin yanvar-mart aylarında 1 unsiyası $1,22 min olan 8,283 min unsiya qızıl satılıb)", - deyə məlumatda bildirilir.
Beləliklə, satışların həcmi 96,6% artıb.
Bundan başqa, “Anglo Asian Mining plc” bu ilin I rübündə $1,7 mln. məbləğində mis konsentratı satıb (2017-ci ilin I rübündə $4,2 mln.).
2018-ci ilin I rübündə şirkət 16,479 min unsiya qızıl (2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 49%) və 40,583 min unsiya gümüş (artım 3,1%), 255 ton mis (ötən ilin I rübündə 606 ton) hasil edib.
«2018-cilin yanvar-mart aylarının göstəriciləri şirkət üçün yüksək olub. Çünki qış fəslində hökm sürən hava şəraiti ilə əlaqədar ilin I rübünün göstəriciləri hər zaman çox aşağı olur. Hasilat göstəricilərinin əhəmiyyətli dərəcədə artımını 2017-ci il ərzində həyata keçirdiyimiz optimallaşma və genişlənmə təşəbbüsləri, eləcə də “Uğur” yatağında hasilatın başlaması ilə izah etmək olar", - deyə “Anglo Asian Mining”in baş direktoru Reza Vəziri qeyd edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət