Azərbaycan 2018-ci ildə Belarusdan “Polonez” raket sistemi ala bilər. Bu barədə Rusiyanın “Kommersant” qəzeti yazır.
“Belarus Müdafiə Nazirliyinə yaxın mənbənin məlumatına görə, artıq 2018-ci ildə “Polonez” raket sisteminin ilk ixracı baş tuta bilər. Onun sözlərinə görə, ilk müqavilə 10 komplekt raket sisteminin tədarükünü nəzərdə tutur. Hüquqi sənədlərin hazırlanması final mərhələsindədir, müştəri isə “maliyyə məsələlərinin həllini başa çatdırır” deyə qeyd edən mənbə əlavə edib ki, “Minsk tərəfindən kredit barədə” söhbət getmir”, - nəşr qeyd edir.
Qəzet sifarişçinin adını çəkməkdən imtina etsə də, Rusiya müdafiə sənayesi müəssisələrinin iki top-menecerinin sözlərinə görə, söhbət Azərbaycandan gedir.
Nəşrin hərbi-sənaye mənbələrindən biri qeyd edir ki, Azərbaycan çoxdan Belarus hərbi-sənaye kompleksi ilə maraqlanır “görünür, qiymət baxımından indi “Polonez” raket sistemi onların hərbi qüvvələrinin tələblərinə cavab verir”. 2017-ci ildə Azərbaycanın müdafiə naziri Zakir Həsənov Minska rəsmi səfər edərək Belarusun müdafiə-sənaye kompleksi ilə tanış olub. KİV tərəfindən yayılan həmin tədbirdən fotolarda müdafiə naziri “Polonez”in yanında görünüb.
Avropaya inteqrasiya problemləri Mərkəzinindirektoru (Belarus) Yuri Şevtsov iddia edir ki, Minsk və Bakı arasında sıx münasibətlər var, “onların əsasını iqtisadiyyat təşkil edir: Azərbaycan ödəmə qabiliyyəti olan ölkədir və Belarus bu ölkənin bazarında mövqeyini möhkəmləndirməyə çalışır”.
Nəşrin həmsöhbəti hesab edir ki, şəhər və hərbi infrastruktur obyektləri, aerodromlar, yol və çay şəbəkəsi, həmçinin canlı qüvvəyə zərbə endirmək iqtisadrında olan silahların Azərbaycana tədarükü İrəvan tərəfindən mənfi qarşılanacaq, lakin həmin “İskəndər” raket kompleksləri məhdudlaşdırıcı amil rolunu oynayacaq. **
A.Əzizov
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət