Azərbaycanda Karbamid Zavodunun tikinti layihəsi çərçivəsində sərf olunan vəsaitin hıcmi 320 mln. avro təşkil edir. Bunu zavodun baş direktoru Xəyal Cəfərov deyib.
“Ümumi kreditin məbləği 500 mln. avro olduğu halda hazlrda layihənin reallaşdırılması çərçivəsində 320 mln. avro sərf olunub. İstifadəyə veriləcəyi zaman zavodun ümumi dəyəri 770-780 mln. avro təşkil edəcək”, - X.Cəfərov çərşənbə günü Bakıda keçirilən "Xəzərin və Mərkəzi Asiyanın Neft emalı və neft-kimyası-layihələrin həyata keçirilməsi və texniki həllər" adlı konfransda bildirib.
O məlumat verib ki, zavodun tikintisi artıq başa çatıb. “Hazırda zavodun bəzi sistemlərinin sınaq rejimində fəaliyyəti yoxlanılır. May ayında sınaq-sazlama işlərinə başlanılacaq. Avqust-sentyabr aylarında zavodun aralıq məhsulu olan ammonyak istehsalına, oktyabr-noyabr aylarında isə ilk məhsul olan karbamid istehsalınabaşlanılacaq”, - X.Cəfərov bəyan edib.
Onun sözlərinə görə, karbamid istehsalının maya dəyəri bir ton üçün $150-160 təşkil edəcək. Dünya bazarlarında bir ton karbamidin qiymətinin $250 olduğunu nəzərə alaraq, müəssisənin hər ton üçün satışdan gəliri $100 təşkil edəcək.
“Dünyada bir ton karbamidin qiymətinin $250 olduğu nəzərə alınaraq, zavodun qoyulan xərci çıxarmağı 9 il təşkil edəcək. Lakin, artıq indi dünya bazarlarında karbamidin qiyməti artır, biz onun bir ton üçün qiymətinin $300-ə çatacağını gözləyirik. Təbii ki, qiymət artımı ilə layihəyə qoyulan xərcin çıxarılması müddəti azalacaq”, - X.Cəfərov vurğulayıb.
O həmçinin məlumat verib ki, Azərbaycanda karbamidə olan daxili tələbat illik 150 min ton səviyyəsində qiymətləndirilir, lakin müəssisə istifadəyə veriləndən sonra tələbatın ən azı illik 200 min tonadək artacağı gözlənilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət