Rusiyanın tanınmış jurnalisti Yevgeniy Mixaylov Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyətinə həsr olunmuş «Странные скрепы исторических союзников» ("Tarixi müttəfiqlərin qəribə əlaqələri") adlı film çəkib.
Filmdə (https://www.youtube.com/watch?v=fxKvdF95Za8) rəsmi Moskva Qərbin, ilk növbədə, ABŞ-ın daha böyük təzyiq ilə üzləşəcəyi təqdirdə Ermənistanın, eləcə də Rusiyadakı erməni diasporunun necə hərəkət edəcəyi mövzusu önə çıxarılır.
Filmdə Y.Mixaylov qeyd edir ki, Rusiya ictimaiyyəti və hakim dairələri Ukrayna, Gürcüstan və digər postsovet ölkələrindəki hadisələrin ssenariləri əsasında Ermənistanda baş verən hadisələri həyəcanla izləyir. Belə təssürat yaranır ki, hələ ki, Rusiyanın strateji müttəfiqi olan Ermənistanda Rusiyanın geosiyasi maraqlarının əksinə olaraq Qərbin Cənubi Qafqazda son dərəcə güclənməsinə gətirib çıxaran proseslər gedir. Ermənistanda inqilab pərdəsi altında Rusiyanın regiondan sıxışdırılması və Ermənistan hakim dairələrinin Qərbin siyasi layihələrinin icrası rejiminə keçməsi baş verir. Axı Yerevanda ABŞ-ın dünyada ən böyük səfirliyi yerləşir və burada minlərlə əməkdaş və agent çalışır ki, əsas məqsəd də Ermənistanın Rusiya ilə ittifaqdan çıxarılmasından ibarətdir.
Bununla belə, müəllifin fikrincə, Ermənistan hakimiyyətinin Rusiyaya Qafqazda kiminlə dostluq etməyi məsləhət görməsi qəribədir. Yerevanda Rusiya tərəfini inandırmağa çalışırlar ki, Azərbaycan və Türkiyə Ermənistanın düşmənidir, deməli, bu iki dövlət Rusiyanın da düşmənidir. Halbuki reallıqda Rusiya Azərbaycan və Türkiyə ilə qarşılıqlı faydalı və perspektiv layihələr həyata keçirir. Bu layihələr Qərbi narahat edir, amma çox qəribədir ki, Ermənistan da bu kontekstdə anti-Rusiya siyasətini dəstəkləyir.
Filmdə 20-ci əsrin əvvəllərində Rusiya dövlətçiliyi üçün mürəkkəb dövrlərdə, 1905-06-cı illər inqilabı zamanı, Böyük Vətən Müharibəsi illərində nasist Almaniyası tərəfindən Sovet qoşunlarını sıxışdırıldığı dövrdə erməni siyasi dairələrinin rolu və davranışı haqqında fikirlərə yer verilir. Məlum olur ki, bütün bu mürəkkəb dövrlərdə erməni siyasi partiyaları, biznesmenlər və döyüş dəstələri Rusiya dövlətçiliyinə qarşı çıxır və hakimiyyət üçün kollapsla nəticələnən genişmiqyaslı terrora başlayırdı.
Filmdə Ermənistan prezidenti və hökumət üzvlərinin iştirakı ilə Yerevanın mərkəzində heykəli açılmış faşist əlaltısı və nasist Qaregin Njdenin qəhrəmanlaşdırılması faktına da xüsusi diqqət ayırılıb. Axı Qaregin Njde Böyük Vətən Müharibəsi illərində faşist Almaniyasının tərəfində vuruşub və dinc vətəndaşları məhv edən erməni dəstələrinə başçılıq edib. Filmin müəllifi hesab edir ki, Q.Njdenin qəhrəmanlaşdırılması bütün dünyada faşizmin təbliğinə qarşı mübarizə aparan "Rusiyanın ünvanına siyasi tüpürcəkdir". Rusiya telekanalları və mətbuatı dəfələrlə qeyd edib ki, Ermənistanda nasist simvolikası və ideologiyasının elementlərindən istifadə edən millətçi dairələr hakimiyyətdədir.
RF Xarici İşlər Nazirliyinin, rəsmilərin, deputatların, siyasi xadimlərin və ictimaiyyətin çoxsaylı etirazlarına baxmayaraq, Yerevanda faşizmin təbliğinə son qoymaq fikrində deyillər və əksinə, Njdenin qəhrəmanlaşdırılması mövzusunu qaldıran Rusiya jurnalistləri, televiziya aparıcıları və siyasətçilərinə hədə-qorxu gəlirlər!
Və bu, Ermənistanda terrorçuların və cinayətkarların qəhrəmanlaşdırıldığı yeganə hadisə deyil. Beynəlxalq terrorçu, dinc sakinləri qətlə yetirmiş və Avropa şəhərlərində silsilə terror aktları törətmiş ABŞ vətəndaşı Monte Melkonyan kultu ilə də bağlı eyni vəziyyət yaranmışdı. "Ancaq bu gün Moskvanın mərkəzində Monte Melkonyan adına döyüş klubu fəaliyyət göstərir, burada millətçi əhval-ruhiyyəli erməni gənclərdən ibarət döyüş dəstələri hazırlayırlar. Ermənilərin digər xalqlardan üstün olması ideyasının təlqin olunduğu bu döyüş dəstələrinin Rusiyada hansı vəzifələri yerinə yetirəcəyi sual doğurur”, - deyə Y.Mixaylov qeyd edir. O vurğulayır ki, xüsusilə Rusiyanın cənubundakı (1 milyondan çox erməni yaşayır) böyük erməni diasporu indiki Qərb-Rusiya qarşıdurması fonunda çoxmənalı rol oynaya bilər. Axı sirr deyil ki, Rusiyadakı erməni xadimlər, məmurlar, siyasətçilər və biznesmenlər arasında Qərbin agentləri çoxdur. Xüsusən də erməni diasporu erməni xalqının nümayəndələri üçün Rusiyanın bütün hakim strukturlarına yol açmaq iqtidarındadır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət