Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidentiRüfət Məmmədov ASK, mağşnqayırma, neft-kimya və əczaçılıq sahələrində Belarus ilə əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu qeyd edir.
“Əməkdaşlıq perspektivlərinə gəlincə, bizdə meyvə-tərəvəz, şərab-araq məhsulları, tütün və tütün məmulatları, süd məhsulları, şirələrin qarşılıqlı tədarükü üçün yaxşı imkanlar var”, - R.Məmmədov Belarusun «Конъюнктура рынков» nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, həmçinin tərəflər maşınqayırma, kimya və neft-kimya, yüngül sənaye sahələrində qarşılıqlı əlaqəni genişləndirməyi planlaşdırır.
Eyni zamanda Azpromo-nun prezidenti vurğulayıb ki, xidmət, xüsusilə turizm, nəqliyyat, logistika və İT sahələrində əməkdaşlıq potensialı tam açılmayıb.
Azərbaycan-Belarus münasibətərinə toxunan R.Məmmədov qeyd edib ki, Azərbaycanda 30-a yaxın Belarus şirkəti fəaliyyət göstərir. “Öz növbəsində, Belarusda 60-dan artıq Azərbaycan şirkəti fəaliyyət göstərir. Qarşılıqlı investisiyaların həcmi artır. İki ölkənin işgüzar dairələri ticarət sahəsində fəal əməkdaşlıq, üçüncü ölkələrin bazarlarına çıxış əldə edirlər”, - R.Məmmədov bəyan edib.
“2017-ci ilin may ayında Minskdə Azərbaycan Ticarət Evinin açılmasını ikitərəfli ticari-iqtisadi münasibətlərdə mühüm hadisə hesab edirəm. Burada 25 şirkətimizin malları alıcılara təqdim olunur”, - R.Məmmədov vurğulayıb.
O bildirib ki, fəaliyyət göstərdiyi qısa zamanda Ticarət Evi Belarus bazarına geniş çeşiddə Azərbaycan mallarını çıxarmağa müvəffəq olub. “Bunlar, şərab və konyaklar, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, konservləşdirilmiş məhsullar, bitki yağları, çay, xalçalar, ipək, toxuculuq malları, kosmetik məhsullar, elektrik avadanlığı, plastik məmulatlardır”, - R.Məmmədov məlumat verib.
Azpromo 2003-cü ildə təsis olunub. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət