“Azerfone” şirkəti 2018-ci ilin sonunadək 4G şəbəkəsi ilə əhatə olunan abunəçilərin sayını 50%-ə çatdırmağı planlaşdırır. Bu barədə şirkətin baş icraçı direktoru Qunnar Panke bu gün mətbuat konfransında bildirib.
"Hazırda “Nar Mobile” ticarət markası altında fəaliyyət göstərən “Azerfone” şirkətinin abonentlərinin ümumi sayı 2 mln. 72,488 min təşkil edir. 2018-ci il ərzində şirkət öz şəbəkəsinin inkişafına böyük həcmdə investisiya yönəltməyi planlaşdırır. Əsas diqqət 3G ilə yanaşı, 4G şəbəkəsinin də inkişafına ayrılacaq və bu ilin sonunadək biz abonentlərin 50%-ə qədərinin bu şəbəkə ilə əhatə olunmasını planlaşdırırıq", - deyə o qeyd edib.
Baş icraçı direktorun sözlərinə görə, hazırda “Nar Mobile”ın 4G şəbəkəsi Bakı şəhərini və 19 regionu tam şəkildə əhatə edir. 2018-ci ilin I rübündə şirkət tərəfindən Bakıda 143 4G stansiyası, regionlarda isə 84 stansiya istismara verilib.
“Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər nəzərə alınmamaqla – İF) əhatə edir. Şirkət Azərbaycanda iki istiqamətdə fəaliyyətdən – abunəçilərinin sayının artırılması və yeni məhsulların tətbiqi hesabına əldə etdiyi gəlirlərin artırılması istiqamətində iş aparır”, - deyə Q.Panke bildirib.
“Azerfon” 2007-ci il martın 21-də fəaliyyətə başlayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət