Rusiyanın Bakıdakı səfirliyinə bank maxinasiyalarında ittiham olunan RF vətəndaşı Pavel Luninin həbsi barədə Azərbaycan tərəfindən rəsmi məlumat daxil olmayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə səfirliyin press-attaşesi Denis Apaşkin məlumat verib.
“Qeyd edə bilərəm ki, hələlik səfirliyə rusiyalı P.Lununin həbsinə dair Azərbaycan tərəfindən rəsmi məlumat daxil olmayıb”, - D.Apaşkin bildirib.
Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə bəyanatına əsasən, Azərbaycanda banklardan kibercinayətkarlıq yolu ilə milyonlarla vəsaiti mənimsəməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Pavel Lunin və Ukrayna vətəndaşı Andrey Serb saxlanılıblar.
“P.Lunin və A.Serb 2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara köçürülməsi yolu ilə talanmasında şübhəli bilinirlər”, - məlumatda qeyd olunur.
“Şübhəlilərin həyata keçiridikləri əməliyyatlar nəticəsində həmin hesablardan MDB ölkələrindəki müxtəlif hesablara, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulub”, - məlumatda bildirilir.
Məlumatda bildirilir ki, həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində P.Lunin və A.Serba məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.
“P.Lunin və A.Serb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272-ci (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda vurğulanır. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət