Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bunu prezident İlham Əliyev bəyan edib.
“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad edib.Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır”, - İ.Əliyev bazar ertəsi Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda bildirib.
Prezident Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi torpağında ikinci erməni dövləti yaradılsın.
“Bu gün Azərbaycan tam müstəqil siyasət aparır. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub”, - İ.Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində aparılan işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirib.
“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın əsasını təşkil edir. Həmçinin 2003-cü ildən bu günə qədər digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM, ECO və digər təşkilatlar var”, - İ.Əliyev vurğulayıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Netanyahunun ofisi: İsrail atəşkəslə bağlı HƏMAS ilə danışıqlar masasına qayıdacaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət