SOCAR Rusiyadan benzinin idxal edilməsi haqqında müqavilələr bağlamağı planlaşdırır. Bunu SOCAR-ın neft emalı üzrə vitse-prezidenti David Məmmədov deyib.
"Bu müqavilələrin məqsədi idxala tələbat yarandıqda, onu təmin etməkdir. Onu da nəzərə almaq lazımdır ki, oktyabrda Bakı Neft Emalı Zavodu 1 ay müddətinə təmirə dayanacaq", - deyə o, bu gün “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərkən jurnalistlərə bildirib.
Vitse-prezidentin sözlərinə görə, müqavilələrin iyunda bağlanması planlaşdırılır. "Rusiyadan “Aİ-92” markalı avtomobil benzininin tədarükü qiymətinə görə daha münasibdir", - deyə o qeyd edib.
D.Məmmədov tədarükün həcmi barədə məlumat verməyib, belə ki, yay mövsümündə “Aİ-92” markalı benzinə daxili tələbatın necə olacağı barədə proqnoz vermək çətindir.
Onun sözlərinə görə, hazırda Bakı NEZ-də “Aİ-92” markalı benzinin kifayət qədər ehtiyatı yaradılıb.
"Əgər ölkədə benzin 2018-ci ilin may ayındakı göstəriciyə uyğun istehlak olunarsa, yaradılmış ehtiyatlar bizə kifayət edir və benzin idxalına ehtiyac olmayacaq. Tələb may göstəricisini ötərsə, o zaman “Aİ-92” markalı benzinin idxalına zərurət yaranacaq”, - deyə şirkətin vitse-prezidenti qeyd edib.
D.Məmmədov əlavə edib ki, oktyabrda BNEZ-də yenidənqurma və modernləşdirmə işlərinin aparılması ilə əlaqədar müəssisə oktyabrda təmirə dayanacaq.
Azərbaycan 2018-ci ilin I rübündə Rusiyadan $14 mln. 125,29 min dəyərində 20 min 338,76 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib.
Bu dövrdə Belarusdan Azərbaycana $304,88 min dəyərində 349,5 ton «Super Euro-98» markalı avtomobil benzini idxal edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət