Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron və Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətlisəfiri Xuan Rodrigo Labardini ilə görüşüb. Ali Məktəbin kampusunda baş tutan görüşdə həmçinin Meksika Neft İnstitutunun Məhsulun texnologiyası şöbəsinin müdiri Marko Antonio Osorio Bonilla, Meksika səfirliyində ataşe Mario Fernandez və səfirin köməkçisi Elnur Bağırov da iştirak ediblər.
Rektor Elmar Qasımov qonaqları Ali Məktəbdə salamlayaraq onlara BANM haqqında məlumat verib. Rektor hazırda bakalavr və magistratura üzrə tələbə hazırlayan Ali Məktəbin yaxın gələcəkdə akademik karyerasını davam etdirmək istəyən tələbələr üçün PhD proqramının fəaliyyət göstərəcəyini bildirib.
Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron görüş üçün rektor Elmar Qasımova təşəkkür edib. O Meksikanın neft-qaz sektoru və orada fəaliyyət göstərən şirkətlər haqqında məlumat verdikdən sonra qeyd edib ki, institut texnoloji tədqiqat və inkişaf, mühəndislik üzrə tədris və təlimlərin keçirilməsi üzrə ixtisaslaşıb.
Tərəflər akademik əməkdaşlığa başlamaq üçün tələbə və müəllimlər arası mübadilə, birgə tədqiqatların həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Cənab Ernesto Rios BANM ilə müəllim və professorların təcrübələrinin mübadiləsi, yeni kurikulum və tədris planlarının birgə işlənib hazırlanmasının mükün olacağını qeyd edib. Görüşün sonunda tərəflər sadalanan işlərin birgə görülməsi haqqında razılığa gəliblər.
Daha sonra qonaqlar Ali Məktəbin kampusuna tur edərək burada tələbələr üçün yaradılmış şərait, ən müasir labaratoriyalar, tədris otaqları, idman kompleksi ilə tanış olublar.
Qeyd edək ki, Meksika Neft İnstitutu 1965-ci ildə yaradılmışdır və neft sənayesi ilə bağlı fəaliyyət göstərən tədqiqat mərkəzidir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət