İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə Klubun idarə heyətinin üzvlərini qəbul edib.
Görüş zamanı birgə əməkdaşlıq imkanları, Caspian European Club-un fəaliyyəti, həmçinin kiçik və orta biznesin inkişafı üzrə birgə planlar müzakirə olunub. Orxan Məmmədov Agentlik tərəfindən həyata keçirilməsi planlaşdırılan yeni strategiyanın həm maddi, həm də təşkilati baxımdan kiçik və orta biznes nümayəndələrinin mövqeyinin möhkəmlənməsinə imkan yaradacağından əminliyini ifadə edib.
Görüş çərçivəsində kiçik və orta biznesi təmsil edən şirkətlərin problem, sual və təkliflərinin daha operativ müzakirəsi üçün birgə işçi qrupunun yaradılması qərara alınıb.
Orxan Məmmədov bildirib ki, Agentlik tərəfindən xüsusi treninqlərin təşkili planlaşdırılır. Həmin treninqlər kiçik və orta biznes nümayəndələrini qanunvericilikdəki dəyişikliklər, dövlətin dəstək tədbirləri barədə məlumatlandıracaq, onların səmərəli fəaliyyəti üçün bilik və bacarıqlarının artırılmasına yönələcəkdir.
Telman Əliyev Caspian European Club ilə əməkdaşlığa və göstərilən diqqətə görə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə minnətdarlığını bildirib.
O, birgə tərəfdaşlığın Azərbaycanda kiçik və orta sahibkarlığın daha da inkişafına imkan yaradacağına ümid bəslədiyini bildirib və Caspian European Club-un da öz növbəsində Agentliklə səmərəli əməkdaşlıq üçün səylərini əsirgəməyəciyini deyib.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.
2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat iki il ərzindəCaspian European Club-un İdarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik olaraq Caspian American Club və Caspian Asian Club-un üzvü, Caspian American Club və Caspian Asian Club-a daxil olan isə Caspian European Club-un üzvü hesab olunurlar.
Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Çin yanvar-fevral aylarında Azərbaycana $13 milyona yaxın məbləğdə smartfon ixrac edib
Azərbaycan oktyabrda Səudiyyə Ərəbistanı və BƏƏ-yə ixrac missiyası təşkil edəcək
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət