Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Bakıda səfərdə olan “İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezident Covanni Rokkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Azərbaycan və İtaliya Dəmir Yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Danışıqlarda tərəflər, Azərbaycan dəmir yollarında aparılan islahatlar, dəmir yollarının və hərəkət heyətinin yenilənməsi sayəsində yaradılan yeni imkanlar, Avropa-Asiya marşrutu ilə yüklərin nəqli sahəsində Bakı-Tbilisi-Qars və Astara(Azərbaycan)-Astara(İran) dəmir yollarının üstünlüklərini nəzərdən keçirərək, Orta Asiya, İran və Çin istiqamətində potensial yükdaşımaları müzakirə ediblər. İtaliyalı qonaqlar Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa üçün vacibliyini qeyd edərək, onu İtaliya və digər Avropa ölkələri üçün Azərbaycanın enerji layihələri qədər önəmli olduqlarını bildiriblər. Onların sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu 21-ci əsrdə Avropa-Asiya yükdaşımalar sistemini dəyişdirərək onu inkişaf etdirəcək və yük dövriyyəsinin artmasına səbəb olacaq.
Söhbət zamanı, yüklərin İtaliyanın Triest və Bari limanlarından Türkiyənin Mersin limanına çatdırılaraq, oradan da Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Azərbaycan ərazisindən keçərək, İran və ya Orta Asiya ölkələri və Çinə nəqli perspektivləri müzakirə olunub. Eyni ilə yüklərin, təklif olunan marşrutla əks istiqamətində daşınması perspektivi nəzərdən keçirilərək, onun rəqabətədavamlı olduğu bildirilib.
Bundan başqa İtaliya dəmir yollarının imkanlarından yararlanaraq, yüklərin daha sonra Fransa, Almaniya və Benelüks ölkələrinə daşınması imkanları nəzərdən keçirilib. İtaliya nümayəndə heyəti Avropa İttifaqı ilə İran, Orta Asiya və Çin arasında İdxal/İxrac əməliyyatlarına dair və potensial yük bazası haqqında məlumatları Azərbaycan tərəfinə təqdim edərək, “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıqda maraqlı olduqlarını bəyan ediblər.
Görüşün sonunda, danışıqların nəticələrinə dair, tərəflər arasında memorandum imzalanıb.
“Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Çin yanvar-fevral aylarında Azərbaycana $13 milyona yaxın məbləğdə smartfon ixrac edib
Azərbaycan oktyabrda Səudiyyə Ərəbistanı və BƏƏ-yə ixrac missiyası təşkil edəcək
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət