2018-ci ilin I rübündə Azərbaycanda daşınmaz əmlakın qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə manat ekvivalentində 0,6% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Təkrar mənzil bazarında bahalaşma olub, ilkin mənzil bazarında qiymətlər dəyişilməz qalıb. Birinci rübdə əsasən bir və iki ortaqlı mənzillərin qiymətində artım müşahidə olunur”, - nazirliyin məlumatında deyilir.
Qeyri-hökumət təşkilatlarının məlumatına əsasən, 2018-ci ilin yanvar-mart aylarında mənzil bazarında əmlak alqı-satqısının həcmində 2017-ci ilin birinci rübü ilə müqayisədə artım müşahidə olunur.
Hesabat dövründə əmlak alqı-satqısı ilə bağlı fəallıq Yasamal, Xətai, Binəqədi, Nizami və Nəsimi rayonlarında müşahidə olunur. Burada 1 kv. metr mənzilin orta qiyməti 1200-1300 manat təşkil edir.
Xüsusilə, Bakıda ən bahalı mənzil Səbail rayonunda təklif olunur (1 kv. metr - $1,536 min, 2017-ci ilin birinci rübü ilə müqayisədə artım 7,8%).
Yüksək qiymətlərin müşahidə olunduğu paytaxtın beş rayonu sırasına həmçinin Nəsimi (1 kv. metr - $1,106 min), Nərimanov ($1,024 min), Yasamal ($1,089 min) və Xətai rayonları ($936) daxildir.
Ən ucuz mənzil Bakının Pirallahı qəsəbəsində təklif olunur (1 kv. metr - $552).
2017-ci ildə Azərbaycanda daşınmaz əmlakın qiymətində artım 1,3% təşkil edib təşkil edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət