Mili Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsi cümə günü iclasda 2018-ci il dövlət büdcəsinə düzəlişləri müzakirə edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinin müxbiri məlumat verir.
Maliyyə naziri Samir Şərifov iclasda bəyan edib ki, düzəlişlər dövlət büdcəsinin gəlirlər hissəsinin 1 mlrd. 983 mln. manat və ya 9,9% - 22 mlrd. 110 mln. manatadək artımını nəzərdə tutur. Dövlət büdcəsinin xərclər hissəsi 2 mlrd. 14 mln. manat və ya 9,6% - 23 mlrd. 61 mln. manatadək artırılacaq.
Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-in 1,3%-ni təşkil edəcək.
Dövlət büdcəsində neftin bir barelinin baza qiyməti $45-dən $55-dək artırılır.
S.Şərifov vurğulayıb ki, əlavə gəlirlər strukturunda 725 mln. manat Dövlət Gömrük Komitəsi, 1 mlrd. 750 mln. manat - ARDNF-dan transfertlər, 35 mln. manat büdcə təşkilatlarının əlavə qeyri-büdcə gəlirləri hesabına təmin ediləcək. Eyni zamanda, Vergilər Nazirliyi üçün plan 527 mln. manat azaldılır. “Bu, vergi ödəyiciləri tərəfindən bəzi vergi növləri üzrə öncə avans ödənişlərin həyata keçriilməsi ilə əlaqədardır. Hazırda onların qarşılıqı hesablanmasına zərurət yaranıb”, - nazir qeyd edib.
O əlavə edib ki, dövlət büdcəsinin əlavə xərcləri strukturunda 166 mln. manat müdafiə və təhlükəsizlik tədbirləri, 180 mln. manat sosial məqsədlərə yönəlidləcək. “Bundan başqa, dövlət büdcəsindən 963 mln. manat SOCAR şirkətinin ehtiyacları, 81 mln. manat “Azərenerji” ASC-nin kapitalının artırılması, 100 mln. manat “Azərbaycan Dəmir Yolları” QSC-nin kapitalının artırılmasına ayrılacaq”, - S.Şərifov bildirib.
Nazir vurğulayıb ki, dövlət büdcəsindən ərzaq təhlükəsizliyinin təminatına tədbirlərə əlavə olaraq 98 mln. manat, avtomobil yollarının infrastrukturunun yaxşılaşdırılmasına 39 mln. manat, Fövqəladə Hallar Nazirliyinin DövlətYanğındanMühafizəXidmətinin maddi-texniki bazasının yaxşılaşdırılmasına 20 mln. manat, turizmin inkişafına 20 mln. manat, regionlarda abadlıq işlərinin həyata keçirilməsinə 21 mln. manat, Bakı şəhərinin yeni Baş Planının hazırlanmasına 9 mln. manat, dövlət strukturlarının büdcədənkənar xərclərinə 35 mln. manat ayrılacaq.
S.Şərifov qeyd edib ki, əlavə xərclər strukturunda müəyyən vəsait (261 mln. manat - İF) dövlət kapital qoyuluşları çərçivəsində müxətlif layihə və proqramların maliyyələşdirilməsinə yönəldiləcək.
2018-ci ilə dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri 21 mlrd. 47 mln. manat səviyyəsində təsdiq olunub. Cari il üçün büdcənin kəsiri 920 mln. manat və ya ÜDM-in 1,3% səviyyəsində proqnozlaşdırılır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət