Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkə ərazisində elektrik enerjisinin təchizatı ilə bağlı yaranmış çətinliklər zamanı mobil rabitə xidmətlərinin dayanıqlığını maksimum şəkildə təmin edib.
“Abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin etmək üçün bu günlər ərzində xüsusi rejimdə çalışmışıq. Ən son texnologiya ilə təchiz olunmuş Bakcell şəbəkəsinin texniki imkanları sayəsində dayanıqlı səs və internet xidmətlərini təmin etməyə nail olmuşuq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
”İyulun 2-dən 3-nə keçən gecə Bakcell şəbəkəsi və şirkətin bütün müvafiq strukturları dərhal gücləndirilmiş iş rejiminə keçirilib.Mobil xidmətlərin kəsintisiz fəaliyyətinin təmin edilməsi istiqamətində görülmüş qabaqlayıcı tədbirlər çərçivəsində ölkənin paytaxtında və elektrik enerjisinin təchizatı ilə bağlı çətinliklər müşahidə olunan digər bölgələrində yerləşən mobil baza stansiyalarının elektrik təchizatında fasilələrin qarşısının alınması məqsədilə şirkət tərəfindən çoxlu sayda əlavə enerji qurğusu, yüzlərlə stasionar və portativ generator işə salınıb. Həmçinin, “Bakcell”in müvafiq partnyorları və podratçı şirkətləri tərəfindən prosesə əlavə işçi qüvvəsi cəlb olunub.
Bakcell şirkətinin texniki personalı gücləndirilmiş rejimdə fəaliyyət göstərərək 24 saat ərzində mobil şəbəkəyə nəzarət edir və xidmət keyfiyyətinin monitorinqini həyata keçirir. Nəticədə, ucqar ərazilər daxil olmaqla ölkənin bütün bölgələrində “Bakcell”in mobil baza stansiyaların fasiləsiz işi təmin olunur.
Xidmət keyfiyyətinin ölçülməsi və abunəçilərin bütün sual və müraciətlərin dərhal cavablandırıması üçün “Bakcell”in məlumat mərkəzi və sosial media kanalları da həmçinin 24 saat ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Bakcell şirkəti şəbəkənin fasiləsiz fəaliyyətinin təmin edilməsinə yönəlmiş tədbirləri davam etdirəcək.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət