Azərbaycan gömrükçüləri 260 kq narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Astara gömrük keçid məntəqəsində, idxal gömrük nəzarəti xəttində Azərbaycan Respublikasının vətəndaşı Ağayev İmamverdi Abusət oğlunun idarə etdiyi "Mercedes-Benz Axor" markalı, 99DM054/99ZA371 nömrəli yük nəqliyyat vasitəsi risk analizləri nəticəsində saxlanılıb, gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib. Həmin nəqliyyat vasitəsində olan "Sodium Karbonat" yükünün Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasının "Mojtaba Shage Azar" şirkətindən Ukrayna Respublikasının "LLC Lisintra" şirkətinin ünvanına aparılması nəzərdə tutulub.
“Nəqliyyat vasitəsi öncə stasionar rentgen qurğusu ilə yoxlanılıb və avtomobilin qoşqusunda olan "Sodium Karbonat" yükünün arasında şübhəli cizgilər müşahidə edilib. Bu səbəbdən qoşqudakı 20 ədəd paletdə, cəmi 800 ədəd polietilen torbada olan "Sodium Karbonat" yükü boşaldılıb və həmin yükə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it yükə reaksiya verdiyi üçün isə bütün polietilen torbalar açılaraq təkrar yoxlanılıb. Bu zaman 25 ədəd polietilen torbada ümumi çəkisi 260 kq narkotik vasitə aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən aşkar edilən narkotik vasitə kustar üsulla hazırlanmış heroindir.
Faktla bağlı araşdırma aparılır.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət