Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC ölkədə ötən həftə elektrik enerjisinin təminatında yaranmış fasilə zamanı respublika ərazisində internet xidmət provayderlərini və eləcə də korporativ müştəriləri internet xidməti ilə fasiləsiz və dayanıqlı şəkildə təmin edib.
Belə ki, baş vermiş qəzadan sonra şirkət tərəfindən vaxtında görülmüş tədbirlər nəticəsində internet təminatında fasilələrin baş verməməsi üçün bütün rezerv avadanlıqlar və əlaqəli resurslar prosesə cəlb edilib. Nəticədə provayderlərə və korporativ müştərilərə təqdim olunan internet xidmətinə çıxışda hər hansı bir problem yaranmayıb.
“AzerTelecom” şirkəti tərəfindən ölkə üzrə müştərilərə təqdim olunan internet rabitəsinin fasiləsiz və dayanıqlı fəaliyyəti təmin edilib
“AzerTelecom” şirkəti bildirir ki, hazırda da provayderlərə təqdim olunan sürətli və dayanıqlı internet rabitəsi ilə təminatda hər hansı problem müşahidə edilmir. Xidmətin dayanıqlığının maksimum təminatı üçün müvafiq işlər görülüb. Həmçinin, şirkətin təqdim etdiyi internet rabitəsi xidmətinin fasiləsiz və davamlı təminatı üçün bütün rezerv avadanlıqların daim işlək vəziyyətdə olmasına mütəmadi olaraq nəzarət edilir.
Qeyd edək ki, “AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (https://www.linkedin.com/company/azertelecom) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət