8-ci Beynəlxalq “CaspianEnergyForumPrague– 2018”də dünyanın 17 ölkəsindən 300-dən çox deleqat iştirak edəcək. Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“CaspianEnergyForumPraque – 2018” Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin və Caspian European Club-un dəstəyilə 2018-ci il noyabrın 30-da təşkil olunacaq.
““Caspian Energy Forum Prague – 2018”in deleqatları arasında nazirliklərin, Avropanın dövlət və biznes qurumlarının rəhbərləri, Avropa Komissiyasının, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin, Çex Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb”, - deyə Telman Əliyev bildirib.
“Caspian Energy forum Prague – 2018”in təşkilini yüksək qiymətləndirən Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, uzun illər ərzində Çexiya ilə Azərbaycan arasında təkcə neft deyil, həm də qeyri-neft sahəsində ikitərəli sıx əməkdaşlıq formalaşıb. Səfir Fərid Şəfiyev bu forumun ticarət mübadiləsinin daha da artımına, sahibkarlar arasında əlaqələrin qurulmasına, investisiya cəllbinə və yeni müəssisələrin yaranmasına xidmət edəcəyinə ümidini ifadə edib.
O, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilən Caspian Energy Forum biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulması üçün əlverişli şəraitin yaradılması, transmilli şirkətlərlərlə kiçik və orta biznes nümayəndələrinin görüşlərinin təşkili, həmçinin qlobal əməkdaşlıqda maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydandır.
Telman Əliyev əlavə edib ki, http://www.caspianenergyforum.com linki vasitəsilə forumun proqramı və iştirakla bağlı ətraflı məlumat əldə etmək, qeydiyyatdan keçmək mümkündür.
Caspian European Club2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.
2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.
Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır.Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club, CaspianAmericanClubvə Caspian Asian Clubdünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
CaspianEuropeanClub,CaspianAmericanClubvəCaspian Asian Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Həmçinin Caspian Energy Forum Prague - 2018-in keçirilmə tarixinə təsadüf edən Caspian Energy jurnalının xüsusi nömrəsi işıq üzü görəcək.
Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.
Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət