2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 23,8 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8% artıb, neft sektorunda isə 0,2% azalıb.
Yanvar-iyun aylarında məhsulun 72%-i mədənçıxarma bölməsində, 23,4%-i emal bölməsində, 4%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal sektorunda avtomobil istehsalı 16 dəfə, tütün məmulatlarının istehsalı 3,4 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 84,1%, hazır metal məmulatlarının istehsalı 64,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 64,1%, dəri və dəri məmulatlarının istehsalı 56,9%, tikinti materiallarının istehsalı 34%, metallurgiya məmulatlarının istehsalı 15%, geyim istehsalı 10,3%, içki istehsalı 5,6% artıb.
Hesabat dövründə ərzaq mallarının istehsalı 3,1%, ağac emalı və ağacdan məmulatların istehsalı 2,3%, maşın və avadanlıqların istehsalı 6,7%, kompüter və elektron, optik məhsulların istehsalı 10,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 8,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,3%, sair nəqliyyat vasitələrinin istehsalı 62,7% azalıb.
Yanvar-iyun aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5% artıb.
2017-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 39,6 mlrd. manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 3,4% azdır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət