“Coca-Cola” şirkəti yaxın bir neçə il ərzində Azərbaycanda satışların həcmini iki dəfə artırmağı planlaşdırır. Bunu şirkətin Qafqaz regionu üzrə meneceri Edrian Çernautan deyib.
“"Coca-Cola” şirkəti yaxın illər ərzində Azərbaycanda satışların həcmini iki dəfə artırmağı planlaşdırır. Bunun üçün şirkət cari ilin II yarısında və gələn il ölkə bazarına yeni "Coca-Cola” məhsulları çıxarmağı planlaşdırır", - deyə o, bu gün jurnalistlərə bildirib.
Menecerin sözlərinə görə, 2017-ci ilin yekunları üzrə şirkətin gəlirlərində ikirəqəmli artım qeydə alınıb. "Biz növbəti illərdə də gəlirlərin artacağına ümid edirik. Azərbaycan şirkətimizin biznesinin inkişafı üçün böyük potensiala malikdir", - deyə o əlavə edib.
E. Çernautan vurğulayıb ki, “Coca-Cola” şirkəti Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.
Fəaliyyət göstərdiyi dövr ərzində (2017-ci il daxil olmaqla) şirkət Azərbaycan iqtisadiyyatına $150 mln. investisiya qoyub, dövlət büdcəsinə vergi ödənişləri $250 mln. məbləğində olub.
Hazırda “Coca-Cola” 200 ölkədə fəaliyyət göstərir. Şirkətin portfoliosuna 4 min içki növü daxildir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət