“Azərkosmos” ASC 2018-ci ilin yanvar-iyun aylarında iki peykin ixracından $12,7 mln. gəlir əldə edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Xidmətlər “Azerspace-1” və “Azersky” tərəfindən göstərilib.
“2018-ci ilin birinci yarısında “Azərkosmos” tərəfindən dünyanın 19 ölkəsinə xidmət ixrac edilib. Bu dövrdə xidmətin əsas həcmi Fransa ($5,7 mln.), Malayziya ($4,2 mln.), BƏƏ ($0,74 mln.), Almaniya ($0,476 mln.), Gürcüstana ($0,292 mln.) ixrac edilib”, - məlumatda qeyd olunur.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib.
Xəbər verildiyi kiimi, “Azərkosmos” ASC 2017-ci ildə iki peykin ixracından $23 mln. gəlir əldə edib. Ötən il peyk telekommunikasiya xidmətlərininin (Azerspace-1) ixracından 14 mln. ABŞ dolları, optik peyk xidmətlərinin (Azersky) ixracından isə 9 mln. ABŞ dolları gəlir əldə edilib.
“Azərkosmos”un resurslarından istifadə edən əsas ölkələr bunlardır: Fransa, BƏƏ, Gürcüstan, Almaniya, Çin, Rusiya, Yunanıstan, Cənubi Afrika Respublikası, Kipr, Polşa, Gırğızıstan, Ukrayna, Böyük Britaniya. Ümumilikdə 20-yə yaxın ölkə ASC-nin xidmətlərindən faydalanır.**
N.Abbasova
.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət