SKMF I yarımillikdə sahibkarların güzəştli kreditləşdirilməsini 58% artırıb
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci ilin birinci yarısında kredit təşkilatları vasitəsilə sahibkarlara 100 mln. 185,4 min manat güzəştli kredit verib. Bu barədə fondun kreditləşdirmə sahəsində fəaliyyətinə dair dərc olunmuş hesabatda deyilir.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-iyun aylarında fondun vəsaitlərindən sahibkarlara 63 mln. 257,8 min manat kredit verilib. Beləliklə, bu ilin birinci yarısında SKMF-in xətti ilə kreditləşdirmənin həcmi 58,4% artıb.
Hesabat dövründə fondun vəsaitləri hesabına 611 min layihə (azalma 11,4% - İF-Az) maliyyələşdirilib.
Bu layihələrin maliyyələşdirilməsi nəticəsində 7,306 min yeni iş yeri yaradılacaq (artım 3 dəfə - İF-Az).
Hesabat dövründə sənaye məhsullarının istehsalı və emalı sahəsində 28 mln. 859 min manat dəyərində 30 layihə, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 57 mln. 171,4 min manat dəyərində 557 layihə, kənd təsərrüfatı məhsullarının emalı sahəsində 3 mln. 20 min manat dəyərində 13 layihə, turizmin inkişafı sahəsində 2 mln. 445 min manat dəyərində 7 layihə, xidmət sahəsinin inkişafı üzrə 8 mln. 690 min manat dəyərində 4 layihə maliyyələşdirilib.
Fondun məlumatına görə, yanvar-iyun aylarında 89 mln. 684,5 min manat ümumi məbləğdə 30 iri həcmli kredit, 6 mln. 364,9 min manat məbləğində 560 kiçik həcmli kredit və 4 mln. 136 min manat məbləğində 21 orta həcmli kredit verilib.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət