BP şirkəti 2019-cu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunda seysmik tədqiqatlara başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
«SOCAR ilə D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandıqdan sonra bu müqavilə sahəsində seysmik tədqiqatlar proqramının hazırlanmasına başlanılıb. Saziş Milli Məclisdə ratifikasiya edildikdən sonra 2019-cu ilin I yarısında blokda seysmik işlərə başlanılması planlaşdırılır», – deyə məlumatda bildirilir.
SOCAR və BP arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəkiD230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında” saziş 2018-ci il aprelin 26-da imzalanıb.
BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator kimi çıxış edəcək. İştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət