Müştərilərə təqdim etdiyi xidmət kanallarının inkişafına daim önəm verən Bank Respublikadaha bir yenilik etdi. Artıq ölkədaxili pul köçürmələri etmək istəyənlər Azərbaycanın 3000-dən çox nöqtəsində yerləşən Milli Ön ödəmə terminallarında “Vektor” pulköçürmə sistemindən yararlana biləcəklər.
Köçürmə əməliyyatını yerinə yetirmək üçün MilliÖN terminalının ekranında “Banklar və Sığorta” - “Bank Respublika” bölməsinə daxil olub “Vektor” sistemi seçilir. Bu bölmədə mobil nömrənizi daxil edib bank adından gələn SMS kodunu növbəti xanaya daxil etmək lazımdır. Sonrakı mərhələdə isə pul köçürmənin alıcısının S.A.A. göstərib vəsaiti MilliÖN terminalına daxil etmək kifayətdir.
Pulköçürmə əməliyyatı yerinə yetirildikdən sonra müştəriyə ID nömrəli çek verilir. Həmin nömrəni təqdim etdikdə, Bank Respublika-nın uyğun filialından göndərilən vəsaiti almaq mümkündür.
Müştərilər MilliÖn terminalları vasitəsilə vəsaiti həm nağd almaq məqsədilə, həmçinin “Vektor” bank kartına “Vektor” təcili pulköçürmə sistemi ilə əməliyyatlarını apara bilərlər.MilliÖn terminalları vasitəsilə “Vektor” kartına pul köçürmək üçün, pulu alanın şəxsiyyət vəsiqəsinin nömrəsi və kartın son 4 rəqəmini qeyd etmək tələb olunur.
Vektor sistemi üzrə pulköçürmə əməliyyatları yalnız ölkə üzrə milli valyutada aparılır. Maksimal məbləğ 3000 manat təşkil edir. “Vektor” Kartını rəsmi internetsəhifəsindəwww.bankrespublika.azhəmçinin bankın istənilən filialında sifariş etmək olar.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət