Qazaxıstan Azərbaycan, Türkiyə və Qırğızıstana turistlər üçün nəzərdə tutulan “İpək Yolu” vizasının tətbiqinə qoşulmağı təklif edir.
“Qazaxıstan və Özbəkistan artıq bu məsələyə dair razılığa gəliblər. Bu rejim İpək Yolu ilə hərəkət edən xarici turislər üçün Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq. “Müasir İpək Yolu” layihəsi çərçivəsində Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multivizanın tətbiqi təklif olunur”, - “Kazinform” BİA qeyd edir.
Agentliyin məlumatına görə, hazırda Türk Şurasına üzv ölkələr bu turizm məhsuluna dair təkliflər üzərində işləyirlər.
“Sözdən işə keçərək sentyabr ayının 3-də Qırğızıstanda keçiriləcək Türk Şurası Dövlət Başçıları Sammiti üçün turizm üzrə keyfiyyətli qərarlar hazırlamalıyıq. Onlardan biri “Müasir İpək Yolu” birgə turizm məhsulunun təsdiqi və bütün beynəlxalq sərgilərdə vahid stend ilə birgə təqdim edilməsi ola bilər”, - Qazaxıstanın mədəniyyət və idman naziri ArıstanbekMuxamediulıAstanada Türk Şurası üzv ölkələrin turizm nazirlərinin iclasında deyib.
A.Muxamediulıqeyd edib ki, həmçinin tərəflər Türk Şurasının təsdiq etdiyi turizm marşrutları ilə “İpək Yolu” vizası ilə səfər edən xarici turistlər üçün viza rejimlərinin qarşılıqlı tanınması məsələləsi üzərində işləyə bilərlər.
“Bu cür mexanizmin tətbiqi yalnız turizm təyinatlı Şengen vizasının analoquna çevriləcək”, - A.Muxamediulıbildirib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət