2018-ci ilin birinci yarısında Türkiyənin “Petkim” neft-kimya holdinqinin xalis mənfəəti 2017-ci ilin analoji dövrü ilə müqayisədə 26,4% – 482,077 mln. türk lirəsinə qədər azalıb. Bu barədə holdinqin maliyyə hesabatında qeyd olunur.
“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi - İF-Az) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir (51%).
2018-ci ilin birinci yarısı ərzində kompleksin ümumi gəlirləri 747,708 mln. türk lirəsi (azalma 20,4%), xalis satış həcmi 4 mlrd. 231,847 mln. türk lirəsi təşkil edib (artım 16,7%). Hesabat dövrünün yekunları üzrə kompleksin vergiöncəsi mənfəəti 562,401 mln. türk lirəsinə bərabərdir (azalma 28,9%).
Birinci yarımilliyin yekunları üzrə “Petkim”in aktivləri 11 mlrd. 211,893 mln. türk lirəsi (2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 43,9%), məcmu kapitalı 3 mlrd. 801,898 mln. türk təşkil edib (azalma 1,4%).
Bu dövrdə “Petkim”in ümumi məhsullarının istehsal həcmi 1 mln. 521,412 min ton təşkil edib (azalma 10,3%). Hesabat dövrü ərzində holdinq 960,025 min ton neft-kimya məhsulları satıb (azalma 4,5%).
Birinci yarımillikdə “Petkim”in istehsal qüclərinin istifadə əmsalı 2017-ci ilin analoji dövründə 96%-ə qarşı 86% təşkil edir.
Məlumata görə, 2017-ci ilin IV rübündən başlayaraq xamal neftin qiymətinin artımı, davam edən geosiyasi risklər, ABŞ-ın təşəbbüskarı olduğu ticarət müharibələri və proteksionizm təcrübəsinin güclənməsi neft-kimya məhsullarına tələbatın azalmasına gətirdi. Digər tərəfdən, investorlar tərəfindən neft və neft-kimya sənayesinin əsasını təşkil edən nafta, LPG və s. kimi məhsulların istehsalına diqqətin artması həmin məhsulların qiymətinin arımına səbəb olub.
“Son məhsulun qiymətinin aşağı olduğu halda maya dəyərinin artması gəlirliliyin azalmasına gətirdi”, - şirkət qeyd edir.
“Şirkət yeni ixrac bazarlarına çıxış imkanı əldə edib (Qərbi Afrika, Latın Amerikası və s.)”, - “Petkim”in materiallarında deyilir.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət