2018-ci ilin I yarısında “Petkim Petrokimya Holding”in inkişafına 178,6 mln. türk lirəsi ($33,1 mln.) məbləğində investisiya qoyulub. Bu barədə holdinqin yarımillik maliyyə hesabatında deyilir.
"“Petkim” cari il ərzində zavodlarının modernləşdirilməsinə, texnoloji inkişaf hesabına fəaliyyətinin təkmilləşdirilməsinə, enerji səmərəliliyi və ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərə investisiya qoymağı planlaşdırır. I yarımillikdə “Petkim” bu məqsədlərə 178,6 mln. TL yönəldib", - deyə məlumatda qeyd olunur.
2018-ci il üçün investisiya proqramına əsasən “Petkim Petrokimya Holding” xlor və qələvi istehsalında biopolyar texnologiyanın tətbiqi üzrə layihənin həyata keçirilməsini davam etdirir.
Layihə xlor və kaustik soda istehsalı zavodunda monopolyar elektroliz texnologiyasından biopolyar elektroliz texnologiyasına keçid, enerjiyə qənaət və proseslərin təhlükəsizliyinin artırılması istiqamətində işlərin həyata keçirilməsini nəzərdə tutur.
Layihə çərçivəsində investisiyalar cari ilin sonunadək istifadə olunacaq.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət