Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycanla, xüsusilə ASK, energetika, turizm, nəqliyyat sahələrində hərtərəfli iqtisadi əməkdaşlığa hazırlığı qeyd edir.
“Dost Azərbaycan torpağında rəsmi səfərdə olmaqdan və Azərbaycan xalqının mehribanlığını duymaqdan məmnunam. Azərbaycan Tacikistanın xarici siyasi strategiyasında mühüm yerlərdən birini tutur. Tacikistan-Azərbaycan əməkdaşlığının gələcəkdə inkişafı və möhkəmlənməsində maraqlıyıq. Bu gün siyasi dialoqumuz çərçivəsində həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli məsələlərin geniş spektrinə dair konstruktiv və maraq kəsb edən fikir mübadiləsi aparıldı”, - E.Rəhmon cümə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışında bildirib.
Onun sözlərinə görə, Tacikistan və Azərbaycan prezidentləri bütün istiqamətlər üzrə sıx əməkdaşlıq üçün mövcud imkanların tam istifadəsinin vacibliyinə dair fikir birliyinə gəliblər.
“Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığımızın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Hesab edirik ki, bugünkü razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar və turizm sektoru kimi, iqtisadiyyatın əsas sahələrində uzunmüddətli əməkdaşlıq formalarının inkişafına imkan yaradacaq”, - prezident vurğulayıb.
E.Rəhmon əlavə edib ki, ikitərəfli ticarət dövriyyəsinin mühüm dərəcədə artması və mallar nomenklaturası strukturunun təkmilləşdirilməsi üçün qarşılıqlı maraq kəsb edən bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığı fəallaşdırmaq və təkmilləşdirmək lazımdır.
“Ümumilikdə, baş tutan dialoqdan razıyıq. Əminəm ki, bugünkü danışıqların nəticələri ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bu, uğurlu əlaqələrin qurulması üçün əlavə şərait və zəmin yaradır. Dövlətlərarası konstruktiv dialoqun davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının prezidenti, hörmətli İlham Heydər oğlunu münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət etdim”, - Tacikistan lideri bildirib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət