Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasında ABŞ-ın müəyyən payı var. Rusiyalı politoloq Sergey Markov belə hesab edir.
“Bu hansı səbəbdən mümkün olub? Mən ABŞ-ın görünməyən əlini təsəvvür edirəm, çünki onlar (Birləşmiş Ştatlar - İF) yəqin ki, İranı təhdid edir”, - S.Markov bu gün Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Amerika tərəfindən bombalama təhlükəsi meydana gəlməsəydi, yəqin ki, İran hələ də onilliklər ərzində danışıqlar aparardı (Xəzərin statusuna dair - İF). “Ancaq hazırda onlar amerikalılarla mümkün münaqişə öncəsi arxa cinahda təhlükəsizliyi təmin etməyi qərara alıblar və beləliklə Xəzərə dair uzun sürən danışıqları başa çatdıraraq tezliklə razılıq veriblər”, - S.Markov qeyd edib.
Politoloq bildirib ki, Konvensiyanın imzalanması nəticəsində Xəzər regionunda müxtəlif növ iqtisadi layihələrin inkişafı üçün davamlı hüquqi əsas formalaşıb.
“Bu, on milyardlarla gəlir deməkdir. Xəzər Konvensiyası, dənizin dibi və suyun dəqiq bölgüsü şəklində davamlı hüquqi təməl olmadığı zaman, bu şəraitdə iri beynəlxalq bankların hüquqşünasları müəyyən hüquqi qeyri-müəyyənliyi qeyd etmək məcburiyyətində qalırdırlar”, - S.Markov vurğulayıb.
Onun rəyinə görə, hüquqi müəyyənlik prinsipi ilə əlaqədar risklər də aradan qalxır, o cümlədən, layihələrin maliyyələşdirilməsi imkanları genişlənir. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət