“Nar” rominqdə olan abunəçilər üçün sərfəli təkliflər təqdim etməyə davam edir. Türkiyədə olan “Nar” abunəçiləri əla qiymətə təqdim olunan “Tətil” internet paketlərindən yararlana bilirlər. Bunun üçün, səfərə çıxarkən “Tətil” paketlərindən birini sifariş etmək kifayətdir.
Abunəçilərin istəklərini nəzərə alan “Nar” rominq internet paketlərini cəmi 2 AZN-dən başlayan qiymətlərlə təqdim edir. 200 MB-lıq internet paketini aktivləşdirmək üçün *777#102#YES, 600 MB-lıq paket üçün isə *777#105#YES şifrəsini yığmaq kifayətdir. İnternet paketlərindən Türkiyə ilə yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Mərkəzi Asiya ölkələri, ABŞ, İran, İsraildə də yararlanmaq mümkündür.
Şifariş edilən paketin daxili internet balansını yoxlamaq üçün*777#20#YESkodunu yığmaq kifayətdir. “Tətil” paketlərinin istifadə müddəti 15 gündür. Nar.az saytına daxil olmaqla və ya “Tətil" yazıb 777 nömrəsinə SMS göndərməklə paketlər haqqında ətraflı məlumat əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə Azərbaycanda ən yüksək nəticəyə nail olub.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət