Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinə müdiri Etibar Nəcəfov ABŞ Dövlət Departamentinin məruzəsində qeyd olunan Azərbaycanda dini vəziyyətin tənqid olunmasını qərəzli və qeyri-obyektiv hesab edir.
“Bu tənqid qərəzli və qeyri-obyektivdir, reallığı əks etdirmir. Qeyd olunur ki (məruzədə - İF), məscidlər bağlanır (...), bütün dinlər qanun qarşısında bərabər hüquqa malikdir, həm də bildirilir ki, əgər gizli din nifrəti təbliğ edirsə, özündə dövlət çevrilişə çağırışı əks etdirirsə, istənilən şəkildə dözümsüzlüyü təbliğ edirsə, o zaman qanunla cəzalandırılır”, - E.Nəcəfov “Exo Moskvı” radiostansiyasına müsahibəsində bildirib.
O vurğulaylıb ki, Azərbaycanda müəyyən, əsasən müsəlman təşkilatları var ki, digər ölkələrdən maliyyələşdirilir. E.Nəcəfovun sözlərinə görə, bunlar, o cümlədən millətlərarası və dinlərarası münasibətlər məsələlərində “Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında nailiyyətləri ilə razı olmayan və ya onlara həsədlə yanaşan ölkələrdir” və müxtəlif üsullarla vəziyyəti sarsıtmağa çalışırlar.
“Söhbət Yaxın Şərqin bəzi dövlətlərində yerləşən mərkəzlərdən gedir. Həmin mərkəzlər İŞİD və və müxtəlif növ vəhhabi təşkilatların təbliğ etdiyi ideologiyanın təbliğatı ilə məşğul olurlar. Onların fəaliyyəti hüquqa ziddir, onlar Konstitusiyaya riayət etmirlər. İstənilən dövlətdə, əgər istənilən təşkilat qanuna riayət etmirsə, hüquqa zidd hərəkətlərinə görə məsuliyyət daşımalıdır”, - E.Nəcəfov qeyd edib.
O əlavə edib ki, “vətəndaşların terror təşkilatları tərkibində iştirakı kimi, mənfi təzahürlərin” aradan qaldırılması məqsədilə bəzi ölkələrə xoş olmayan müəyyən siyasət yürüdülür.
Administrasiyanın nümayəndəsi vurğulayıb ki, rəsmi Bakı ölkənin 20% ərazisini işğal edən Ermənistan istisna olmaqla qonşu dövlətlərlə çox yaxşı münasibətlər qurub.
“Biz ilk öncə milli maraqlarımızı rəhbər tuturuq. Əgər hər hansı dini təşkilat istənilən səviyyədə Azərbaycanda daxili siyasi vəziyyətə destruktiv təsir göstərməyə cəhd edirsə, o zaman ölkə rəhbərliyi onun barəsində qanuni tədbirlərə əl atır”, - E.Nəcəfov qeyd edib.
“Türkiyə və İran hökuməti ilə çox yaxşı münasibətlərimiz qurulub”, - o əlavə edib.
Həmçinin, E.Nəcəfov bildirib ki, xaricdə hərbi təşkilatlarda iştirak məqsədilə cəlb edilən Azərbaycan vətəndaşları vətənə qayıdandan sonra cinayət məsuliyyətinə cəlb olunurlar.
“Suriyaya gedən və ya digər terror təşkilatları, misal üçün İŞİD-ə qoşulan Azərbaycan sakinləri qayıdırlar və həmin qadağan olunan təşkilatlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb olunurlar. Qanunu pozduqlarına görə, axı biz qanunun aliliyindən çıxış edirik, qanun hamı üçündür. Bu cür fərdlər nəinki dövlət, həm də ümumilikdə Azərbaycan cəmiyyəti tətəfindən tənqid olunurlar”, - E.Nəcəfov bəyan edib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət