Sentyabrın 20-də Almatı şəhərində Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək. Bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov məlumat verib.
“Sentyabrın 20-də Almatıda Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək. Forumda iki ölkə arasında turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq”, - R.Məmmədov “Kazinform” Qazaxıstanın Dövlət İnformasiya Agentliyinə bildirib.
Onun sözlərinə görə, forumda Azərbaycan və Qazaxıstan mehmanxana biznesinin flaqmanlarının təqdimatları keçiriləcək, turist turları oynanılacaq.
Diplomat vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Qazaxıstanın vacib ticarət-iqtisadi tərəfdaşıdır. Onun sözlərinə görə, qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı məqsədilə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
R.Məmmədov qeyd edib ki, Hökumətlərarası Komissiyanın 2017-ci ildə qəbul etdiyi 2018-2020-ci illər üçün ticarət-iqtisadi əməkdaşlığa dair yol xəritəsinin reallaşdırılması artıq iki ölkə arasında ticarət dövriyyəsinin mühüm dərəcədə artmasına səbəb olub. “2017-ci il ərzində iki ölkə arasında ticarət dövriyyəsi tam olaraq $142,1 mln. təşkil edib, baxmayaraq kli, 2018-ci ilin ilk 7 ayı ərzində bu rəqəm $142 mln. olub”, - səfir vurğulayıb.
Diplomatın sözlərinə görə, müvafiq dövlət strukturları və iki ölkənin iş adamlarının fəallığı, o cümçlədən, Bakı və Astananın qeyri-neft sektorunun inkişafına istiqamətlənməsi hesabına bu cür nəticələr əldə olunub.
O qeyd edib ki, Azərbaycan “Электровозқұрастырузауыты” zavodunda 50 ədəd elektrovoz sifariş edib. Sifarişin ümumi dəyəri 288 mln. avro təşkil edir.
“Azərbaycan İqtisadiyyat Nazirliyi Qazaxıstanın bir sıra şəhərlərində ticarət evləri açmağı planlaşdırır. Çünki xüsusilə Azərbaycanın yüngül sənaye müəssisələrində yüksək keyfiyyətli və rəqabətə davamlı məhsullar istehsal olunur”, - R.Məmmədov bildirib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət