“SOCAR Polymer” 2018-ci ilin sonunadək 15 min ton polipropilen ixrac etməyi planlaşdırır. Bunu zavodun direktoru Fərid Cəfərov deyib.
"Bu gün “SOCAR Polymer” 170 ton həcmində ilk ixrac partiyasını Türkiyəyə yola salır. İlin sonunadək 15 min ton məhsulun ixrac edilməsi planlaşdırılır", - deyə o, bu gün jurnalistlərə bildirib.
Direktorun sözlərinə görə, bu günədək zavodda 6 min ton məhsul istehsal olunub.
F.Cəfərov vurğulayıb ki, ixrac prosesinə “SOCAR Trading” dəstək göstərir. "Onların dəstəyi sayəsində biz məhsullarımızı orta dünya qiymətləri ilə ixrac edə bilərik", - deyə o əlavə edib.
Zavodun direktoru vurğulayıb ki, şirkət zavodun tikintisi və qurulması zamanı vergi güzəştləri hesabına 200 mln. manata yaxın vəsaitə qənaət edə bilib.
Xəbər verildiyi kimi, iyul ayında Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.
Zavodun istehsal gücü ildə 184 min ton təşkil edir. Məhsulların 70 faizi ixraca, 30 faizi daxili istehlaka yönəldiləcək. “SOCAR Polymer” əsas istiqamət kimi Türkiyə, Rusiya, Avropa və Çin bazarlarını nəzərdən keçirir.
“SOCAR Polymer”, həmçinin Sumqayıtda yüksək sıxlıqlı polietilen zavodu inşa edir. 120 min ton illik istehsal gücünə malik olan zavod 2018-ci ilin sonunda istismara veriləcək.
İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi – 40 faizi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin ediləcək.
Bu müəssisələrin istismarı dövründə 6,3 mlrd. dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun da 30 faizi "SOCAR Polymer” şirkətinin xalis mənfəəti olacaq. Hər iki zavodun tikintisinə ümumi investisiya xərcləri 816 mln. dollar təşkil edəcək.
SOCAR “SOCAR-Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen zavodunun tikintisinin maliyyələşdirilməsi üçün Rusiyanın “Qazprombank” ASC-dən 10 il müddətinə $489 mln. manat məbləğində kredit cəlb edib. 2015-ci il iyunun 19-da zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş imzalanıb.
“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib. Hazırda şirkətin kapitalında SOCAR-ın payı 57% təşkil edir. “SOCAR-Polymer”in səhmdarları “Vitol Black Sea V.L.L”, ”Ecoland” və digər şirkətlərdir.
“SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət