VTB (Azərbaycan) müştəriləri kartlarına PİN-kodu özləri təyin edə biləcək. Bank PİN-kodsuz kart buraxılışını nəzərdə tutan PİN Set xidmətini tətbiq edib. Kartı aldıqda müştəri şəxsi PİN-kodunu POS-terminal vasitəsilə təyin etməlidir.
“Hər dəfə ödəniş kartı dəyişildikdə yeni kart üçün yeni PİN-kod da verilir. PİN Set funksiyasının tətbiqi müştəriləri maksimal komfortla təmin edir: müştəri onun üçün yadda saxlamağa asan olan rəqəmləri seçir. O, əvvəlki kartının PİN-kodunu istifadə edə və ya bütün kartlara bir kod təyin edə bilər. Əminəm ki, indi müştərilər tərəfindən PİN-kodun unudulması və kartdan istifadə imkanının məhdudlaşması halları xeyli azalacaq”, - deyə bank VTB (Azərbaycan)-ın Pərakəndə biznes məhsullarının metodologiya və hazırlanması şöbəsinin rəisi Kamilə Əliyeva bildirib.
Bank müştəriyə seçim hüququ da verir: kart sahibi PİN Set xidmətindən yararlanmaq istəmirsə, ona PİN-kod olan zərf təqdim edilir.
Radev Bolqarıstanda daxili siyasi öhdəliklər səbəbindən Azərbaycana səfərini təxirə salıb
Bayramov Knyazevə Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı Azərbaycanın mövqeyini ifadə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Netanyahunun ofisi: İsrail atəşkəslə bağlı HƏMAS ilə danışıqlar masasına qayıdacaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət