Azərbaycan Almaniya şirkətləri ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunu energetika nazirinin müavini Natiq Abbasov deyib.
"Azərbaycan və Almaniya arasında çoxtərəfli əməkdaşlıq artıq uğurla inkişaf edir, amma bu əməkdaşlığın bundan sonra da inkişafı üçün potensial var", - deyə o, bu gün Bakıda Azərbaycan-Almaniya biznes forumunda çıxışı zamanı bildirib.
Nazir müavini xatırladıb ki, Almaniyanın “UNIPER” şirkəti “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qazın alıcısıdır və 25 il ərzində hər il Azərbaycandan 1,5 milyard kubmetr qaz alacaq. "Bu, təkcə Almaniya və Avropa üçün Cənub Qaz Dəhlizinin rolunu artırmayacaq, həm də bütovlükdə ölkənin qaz təchizatına töhfə verəcək", - deyə N.Abbasov vurğulayıb.
O qeyd edib ki, “SOCAR-UNIPER” birgə müəssisəsi "Azərikimya" İstehsalat Birliyinin neft-kimya müəssisələrinin modernləşdirilməsi layihəsinə cəlb olunub. Bakı və Abşeronun qazpaylama şəbəkəsinin yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində, eləcə də enerji səmərəliliyi, elektrik stansiyalarının özəlləşdirilməsi və idarə edilməsi sahəsində “UNIPER”lə əməkdaşlıq üçün böyük perspektivlər var.
Nazir müavini, həmçinin bildirib ki, Almaniyanın “Siemens” şirkətinin iştirakı ilə Azərbaycanda enerji sahəsində iri infrastruktur layihələri reallaşdırılıb.
Bundan başqa, bir sıra alman şirkətləri bərpa olunan və alternativ enerji mənbələri sahəsində pilot layihələrin həyata keçirilməsinə cəlb olunub.
"Bununla yanaşı, qabaqcıl təcrübə və texnologiyalara malik olan şirkətlərin Azərbaycanda daha aktiv fəaliyyəti üçün şərait yaradılıb", - deyə N.Abbasov əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət