Oktyabrın 13-də Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün “Xəyallarındakı işi tap” mövzusunda motivasiya treninqi keçiriləcək. Bu barədə 10 ildir ki, məşqçi-motivator qismində Azərbaycan, Qazaxıstan və Gürcüstanın tələbələri və idmançıları üçün treninqlər təşkil edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Treninq çərçivəsində düzgün CV tərtib etmək, müsahibədən keçmək, komandada işləməyi, gəlirləri artırmağı, emosiyaları və zamanı idarə etməyi öyrənmək kimi mövzular müzakirə olunacaq.
Onun sözlərinə görə, fəal iştirakçılar nüfuzlu şirkətlərə işə düzəlmək perspektivi olan praktiki treninqlərdə ödənişsiz iştirak etmək imkanı əldə edəcəklər.
Treninqin iştirakçıları faydalı məlumatlar almaq, xəyallarındakı işi tapmaq, təcrübəli ekspertlərlə tanış olmaq, netvorkinq və digər imkanlar qazanacaqlar.
Telman Əliyev əlavə edib ki, arzu edən hər kəs www.caspianenergy.net/student
linki vasitəsilə online rejimdə “Xəyallarındakı işi tap” mövzusunda motivasiya treninqində qeydiyyatdan keçə bilər.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.
2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.
Caspian European Club-un banisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət