Azərbaycan 2018-ci ilin sonunda “Cənub Qaz Dəhlizi” layihəsinin reallşdırılmasına Almaniyanın “Hermes” Agentliyindən kredit cəlb olunması məsələsini həll etməyi planlaşdırır. Bunu SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar üzrə vitse-prezidentinin müaviniVitali Bəylərbəyov deyib.
“Bu məsələ ilə bağlı danışıqlar artıq başa çatıb və vəsaitin cəlb olunmasına dair razılıq əldə olunub. 2018-ci ilin sonunda bu məsələ öz həllini tapacaq. Ümid edirik ki, Bundestaqınbüdcə məsələləri üzrə Komitəsi bu məsələdə yardım edəcək və bu “CQD” layihəsində Almaniyanın mövqeyini möhkəmləndirəcək”, - Vitali Bəylərbəyov bu gün energetika və İKT üzrə Azərbaycan-Almaniya Forumunda çıxışında bildirib.
Öncə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev bəyan edib ki, CQD “Şahdəniz” və TANAP layihləri üçün $1,5 mlrd.-a qədər kredit cəlb etməyinə dair “Hermes” Agentliyi ilə danışıqlar aparır.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb.
Layihənin dəyəri $40 mlrd.-dan çoxdur.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət