2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 35,6 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8%, neft sektorunda isə 0,7% artıb.
Yanvar-sentyabr aylarında məhsulun 73,1%-i mədənçıxarma bölməsində, 22,3%-i emal bölməsində, 4%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal sektorunda qoşqu,yarı-qoşqu istehsalı 27,4 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,8 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,5 dəfə, tütün məmulatlarının istehsalı 2,5 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 53,3%, dəri və dəri məmulatlarının istehsalı 42,7%, tikinti materiallarının istehsalı 32,2%, ağac emalı və ağacdan məmulatların istehsalı 20,6%, metallurgiya sənayesi məhsullarının istehsalı 15,7%, içki istehsalı 11,4%, kimya məhsullarının istehsalı 7,8%, hazır metal məmulatlarının istehsalı 7,4%, kağız və karton istehsalı 5,8%, geyim istehsalı 1,6% artıb.
Hesabat dövründə ərzaq mallarının istehsalı 0,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,8%, əczaçılıq məhsullarının istehsalı 3,6%, kompüter və elektron, optik məhsulların istehsalı 10,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,8%, maşın və avadanlıqların istehsalı 13,2%, sair nəqliyyat vasitələrinin istehsalı 64% azalıb.
Yanvar-sentyabr aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2% artıb.
2017-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 39,6 mlrd. manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 3,4% azdır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət