Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətlisəfiri Rodrigo Labardini və Səfirin müavini Alberto Aura Qonzales ilə görüşüb. Görüşün əsas məqsədi BANM ilə Meksika Neft İnstitutunun arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmək olub.
Rektor Elmar Qasımov qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən şad olduğunu bildirib. BANM-ın son nailiyyətləri və inkişaf istiqamətləri haqqında məlumat verən rektor qeyd edib ki, Ali Məktəbi bu il bitirən məzunlar artıq müxtəlif yerli və transmilli şirkətlərdə işə qəbul olublar. BANM-da tədrisin səviyyəsindən danışarkən rektor həmçinin, Ali Məktəbin yeni tədris ilində ilk dəfə olaraq İnformasiya təhlükəsizliyi ixtisası və MBA proqramı üzrə tədrisə başladığını söyləyib.
Səfir Rodrigo Labardini yenidən BANM-da görüşə və qonaqpərvərliyə görə rektora təşəkkür edib. O bildirib ki, BANM-ın nailiyyətləri və məzunları onların diqqət mərkəzindədir. Bu səbəbdən cənab səfir Meksikada böyük ictimai araşdırma mərkəzi və neft-qaz sektorunun ən böyük xidmət provayderi olan Meksika Neft İnstitutunun BANM ilə əməkdaşlıqda maraqlı olduğunun bildirib.
Görüşdə həmçinin Meksika Neft İnstitutu ilə BANM arasında tələbə mübadiləsinin detalları müzakirə edilib. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq həmçinin Meksika Neft Universitetinin zəngin digital kitabxanasından istifadə üçün BANM-ın tələbələrinə imkan yaradacaq.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət