Azərbaycanda ortamüddətli perspektivdə qeyri-neft sektorunun illik artımı 2,7% təşkil edəcək. Dünya Bankında belə hesab edirlər.
“Ortamüddətli perspektivdə Azərbaycanda qaz ixracının artırılması və daxili tələbatın orta artımına əsaslanan ÜDM-in artımını gözləyirik. Qiymətləndirmələrimizə əsasən, bu dövrdə qeyri-neft ÜDM-in artımı illik orta hesabla 2,7% təşkil edəcək”, - “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın qiymətləndirmələrinə görə, neftin qiymətinin stabilləşməsi, investisiya həcminin tədricən artımı, bank sahəsində vəziyyətin yaxşılaşması qeyri-neft sektorunun artım tempinə müsbət təsir göstərəcək.
“Xarici sarsıntıların meydana gəlməyəcəyi halda, ortamüddətli dövr üçün Azərbaycanda inflyasiyanın səviyyəsi 3%-dən aşağı olacaq”, - bankdan qeyd ediblər.
DB-nin proqnozlarına əsasən, neftin yüksək qiyməti Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinə müsbət təsir edir. “Neftin hazırki qiymətinin qorunub saxlanacağı halda, 2020-ci ilədək cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10% səviyyəsində olacaq”, - bankdan qeyd olunub.
Bankda hesab edirlər ki, cari vəziyyət büdcə xərclərinin artması tendensiyasının qalmasına səbəb olacaq, “baxmayaraq ki, qlobal maliyyə bazarlarında bir qədər qeyri-müəyyənlik şəraitində çox güman ki, hökumət ehtiyatlı siyasət yürüdəcək”.
Bundan başqa, ortamüddətli dövrdə dövlət borcunun idarə edilməsi strategiyası, yeni fiskal qaydalarının qəbulu büdcə xərcləri strukturuna müsbət təsir edəcək. “Ortamüddətli dövrdə neftin qiymətinin yüksək qalması şəraitində Azərbaycan büdcəsi profisit ilə icra olunacaq”, - bankdan vurğulanıb.
Eyni zamanda, bankda hesab edirlər ki, Azərbaycan hökuməti biznes mühitin yaxşılaşdırılması, rəqabətin inkişafı, iqtisadiyyatda dövlət payının azaldılması, bank sektorunun təkmilləşdirilməsinə yönələn islahatları davam etdirməlidir.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-nin artımını 2%, inflyasiyanı 6%-dən aşağı səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə Azərbaycanda ÜDM 0,1% təşkil edib, qeyri-neft sektorunda 2,7% artım olub. **
A.Əzizov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət