İonik-Adriatik Boru Kəməri (İAP) „Cənub Qaz Dəhlizi“ layihəsinin bir hissəsi ola bilər. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
„Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlər çərçivəsində biz İAP-ın „CQD“-ya birləşməsi imkanlarını ətraflı müzakirə etdik“, - E.Məmmədyarov euractiv nəşrinə müsahibəsində bildirib.
Həmçinin nazir qeyd edib ki, Azərbaycan tərəfi Trans-Adriatik qaz kəmərinin (TAP) müəyyən olunmuş müddətdə - 2020-ci ildə işə salınacağını gözləyir.
“İtaliya tərəfindən əldə etdiyimiz məlumatlar daha çox pozitivdir. Bu səbəbdən, düşünürəm ki, TAP konsorsiumu işləri vaxtında həyata keçirəcək”, - o vurğulayıb.
İonik-Adriatik Boru Kəmərinin uzunluğu 530 km, ötürmə qabiliyyəti - illik 5 mlrd. kubmetr təşkil edəcək. Layihənin dəyəri təqribən 610 mln. avro təşkil edir. Qaz boru kəməri Bosniya və Herseqovina, Monteneqrodan keçərək Xorvatiyanın Split şəhərini Albaniyanın Fieri şəhəri ilə birləşdirməlidir.
Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun 550 km-i Yunanıstanın şimal hissəsini, 215 km-i Albaniya ərazisini, 105 km-i Adriatik dənizini, 8 km-i isə İtaliya ərazisini əhatə edəcək.
Xəbər verildyi kimi, TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında paylar aşağıdakı şəkildə bölünüb: SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%).
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb.
Layihənin dəyəri $40 mlrd.-dan çoxdur.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.**
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət