SOCAR “Qazprom” PSC-dən əlavə qaz almağı planlaşdırmır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov məlumat verib.
«SOCAR-ın prezidenti Rövnəq Abdullayevin bu yaxınlarda Sankt-Peterburqda “Qazprom”un rəhbərliyi ilə görüşü zamanı əməkdaşlığın müxtəlif perspektiv istiqamətləri müzakirə olunub. Rusiyadan Azərbaycana əlavə qaz tədarükü ehtimalına gəlincə, bu məsələ nəzərdən keçirilmir və əlavə tədarük planlaşdırılmır», - deyə o bildirib.
“Qazprom” PSC-nin mətbuat xidmətindən verilən məlumata görə, konsernin rəhbəri Aleksey Miller və SOCAR-ın prezidenti Rövnəq Abdullayev oktyabrın 12-də Azərbaycana qaz tədarükü məsələsini müzakirə ediblər.Görüşdə qeyd olunub ki, respublikaya qaz ixracının bərpa edildiyi 2017-ci il noyabrın 22-dən etibarən “Qazprom” Azərbaycana 1,15 mlrd. kubmetr qaz tədarük edib. Tərəflər bu istiqamətdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
21 noyabr 2017-ci il tarixində “Qazprom eksport” ASC və SOCAR arasında Azərbaycana qaz tədarükü haqqında müqavilə imzalanıb. Tədarükə noyabrın 22-dən başlanılıb. 1 illik müqavilə çərçivəsində Azərbaycana 1,6 mlrd. kubmetr Rusiya qazının tədarükü planlaşdırırlır.
Ötən il Rusiyadan Azərbaycana 349 mln. kubmetr qaz tədarük edilib.
Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ildə Azərbaycan Rusiyadan 800 mln. kubmetr təbii qaz idxal edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət