Bakıda “Hyatt Regency” otelində Caspian European Club-un enerji üzrə komitəsinin qapalı iclası təşkil edilib.
Toplantı Caspian European Club-un sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev, enerji, neft və qaz üzrə komitənin başçısı, Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq üzrə İşçi qrupunun rəhbəri Nəriman Məmmədov və ənənəvi, alternativ və bərpa olunan enerji mənbələri üzrə İşçi qrupunun rəhbəri Rüstəm Qasımovun həmsədrliyi ilə keçib. Enerji və profil şirkətlərin rəhbərləri və nümayəndələri ölkənin enerji sektorunun inkişafı üzrə təklifləri müzakirə ediblər.
Həmin təkliflər Caspian European Club-un hüquq komitəsi tərəfindən öyrəniləcək və bundan sonra Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə, “Azərenerji” ASC və “Azərişıq” ASC-yə göndəriləcək. Bu qurumların rəhbərləri ilə Caspian European Club-un üzv şirkətlərinin rəhbər və nümayəndələri arasında ayrıca görüşlər təşkil olunacaq, aktual məsələlər və təkliflər müzakirə ediləcək.
Dövlət qurumları ilə işçi qrup çərçivəsində müzakirələr nəticəsində Azərbaycan Respublikasının Prezidenti Zati-alilərinə təqdim etmək üçün xüsusi hesabat və təkliflər paketi hazırlanacaq.
Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un iştirakı ilə təsis olunub. Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Caspian European Club-un əsasını Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev qoyub.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət